Yaponiyada rus dili
From Wikipedia, the free encyclopedia
Yaponiyada rus dili (rus. русский язык в Японии) populyar xarici dillərdən biridir.[1] Yaponların rus dili ilə tanışlığı ilk dəfə XVIII əsrdə baş versə də, Meyci dövrünə qədər rus dili tədrisi olmamışdır. Meyci dövründə Yaponiyalı Nikolay və Futabatey Şimey kimi şəxslər rus dilinin təbliğində vacib rol oynamışdırlar.
Müasir dövrdə Yaponiyada bir çox universitet və kollecdə yapon tələbələr üçün rus dili dərsləri təşkil olunur və 1971-ci ildən etibarən rus dili üzrə natiqlik müsabiqəsi keçirilir. Hokkaydo prefekturasının Hakodate və Nemuro şəhərlərində xeyli rus yaşadığı üçün həmin şəhərlərdə rus dilində yol nişanları və lövhələr quraşdırılmışdır.