Yefim Fomin
Sovet siyasi komissarı / From Wikipedia, the free encyclopedia
Yefim Moiseeviç Fomin (rus. Ефим Моисеевич Фомин) — Sovet siyasi komissarı idi. O, Brest qalasının müdafiəsində göstərdiyi şücaətə görə tanınmış, məhz həmin döyüşün sonunda Vermaxt tərəfindən əsir götürülmüş və dərhal edam edilmişdir.
Yefim Fomin | |
---|---|
rus. Ефим Моисеевич Фомин | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kolışki, Vitebsk qəzası, Vitebsk quberniyası, Liozna rayonu, Rusiya imperiyası |
Vəfat tarixi | (32 yaşında) |
Vəfat yeri | Brest, Belorusiya SSR, SSRİ |
Vəfat səbəbi | güllə yarası[d] |
Vətəndaşlığı |
Rusiya imperiyası SSRİ |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | SSRİ |
Qoşun növü | atıcı |
Hərbi hissə | 84-cü piyada alayı |
Xidmət illəri | 1932—1941 |
Rütbəsi | alay komissarı |
Vəzifəsi | siyasi komissar |
Döyüşlər |
Böyük Vətən müharibəsi * Brest qalasının müdafiəsi |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Fomin, 1909-cu ildə Vitebsk quberniyasının Kolışki şəhərində (indiki Liozna rayonu, Belarus) yəhudi ailəsində anadan olmuşdur.[1] O, valideynlərini uşaq olarkən itirmiş və yetimxanada böyümüşdür. 1924-cü ildə, 15 yaşlı Fomin Komsomola qoşulur. O, Vitebskdə ayaqqabı fabrikində işləyir və sonra Pskova köçür. Orada, o peşəkar partiya işçisi kimi hazırlıq keçmək üçün Kommunist Partiyası məktəbinə göndərilir. Fomin, 1930-cu ildə 21 yaşında olarkən partiya məktəbində rəsmən Sovet İttifaqı Kommunist Partiyasının üzvü kimi qəbul edildi. O, məktəbdən qayıdanda Kommunist Partiyasının Pskov şəhər komitəsinin təbliğatçısı olmağa təyin edilir.