Yeni Daşkənd
Bərdə rayonunda kənd / From Wikipedia, the free encyclopedia
Yeni Daşkənd — Azərbaycan Respublikasının Bərdə rayonunun eyniadlı inzibati ərazi vahidində kənd.[1] Dəniz səviyyəsindən 120 metr yüksəklikdə yerləşən kənd rayon mərkəzindən 10 km qərbdə, Bərdə-Tərtər avtomobil yolundan 2 km aralı,[2] Qarabağ düzündə, Aran coğrafi bölgəsindədir. Tərtər çayı kənddən 2,5 km məsafədən keçir və kəndin cənub sərhədini təşkil edir.[3] Yaşayış məntəqəsi Bərdənin Tərtər yolu üstündəki sonuncu kəndi olmaqla uzunluq dairəsi 40.23'9"N, en dairəsi 47.2'10"E olan meridianların kəsişdiyi nöqtədə yerləşir. Yeni Daşkənd kəndi Tərtər rayonunun Sarıcalı və Kürdlər, Bərdə rayonunun isə Şatırlı, Çəmənli, İmamqulubəyli və Zümürxan kəndləri ilə həmsərhəddir.[4]
Cəld faktlar Ölkə, Tarixi və coğrafiyası ...
Yeni Daşkənd | |
---|---|
40°23′09″ şm. e. 47°02′10″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1953 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 120 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 994 20 |
Poçt indeksi | AZ 0943 |
Nəqliyyat kodu | 09 |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla