Zeyrek məscidi
From Wikipedia, the free encyclopedia
Pantokrator Monastırı Kilsəsi və ya Zeyrek Məscidi — (yun: Μονή του Παντοκράτορος Χριστού Rom: Mori tu Padokratoros Hristou) — İstanbulun Zeyrek ərazisində yerləşən Şərqi Roma dövrünə aid dini bir binadır. Kilsə bir araya gələn üç ayrı şapeldən ibarətdir. Ayasofyadan sonra İstanbulda sağ qalan ən böyük köhnə kilsədir.
Pantokrator Monastırı | |
---|---|
yun: Μονή του Παντοκράτορος Χριστού Rom: Mori tu Padokratoros Hristou | |
| |
41°01′11″ şm. e. 28°57′26″ ş. u. | |
Ölkə | Türkiyə |
Yerləşir | Fateh, İstanbul, Türkiyə |
Tikilmə tarixi | XII əsrin birinci rübü |
Üslubu | Bizans memarlığı |
Material | Yığma kərpic və kərən |
Tipi | mədəni |
Kriteriya | i, ii, iii, iv |
Təyin edilib | 1985 |
Hissəsi | İstanbulun tarixi hissəsi |
Region | Avropa və Şimali Amerika |
Vikianbarda əlaqəli mediafayllar |
Cənubdakı ilk kilsə II İohan Komnenosun həyat yoldaşı Macarıstanlı İrina tərəfindən XII əsrin birinci rübündə tikilmişdir. Arvadının ölümündən sonra, imperator kilsədən daha şimalda ikinci bir kilsə tikdirir və nəhayət onları birləşdirmək üçün üçüncü bir kilsə inşa edildi.
İstanbulun zəbtindən sonra burada ilk mədrəsə açıldı. Müdərrisi Zeyrek Məhəmməd Ağa idi. Fatih Kompleksi ilə yeni mədrəsələrin inşası başa çatdıqda, buradakı mədrəsələr bağlandı və bina məscidə çevrildi. Hazırda yalnız cənub hissəsi məscid kimi istifadə olunur.