Çarlz Bebbic

From Wikipedia, the free encyclopedia

Çarlz Bebbic
Remove ads

Çarlz Bebbic (ing. Charles Babbage, 26 dekabr 1791[1][2][…]18 oktyabr 1871[3][4][…], Marlibon[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı[2][5]) — ingilis riyaziyyatçısı, filosofumaşınqayırma mühəndisi. İlk hesablayıcı maşının ixtiraçısı. İngiltərə Kral Cəmiyyətinin üzvü olmuşdur.

Cəld faktlar Doğum tarixi, Vəfat tarixi ...
Remove ads

Həyatı

Çarlz Bebbic 26 dekabr 1791-ci il İngiltərənin cənub-qərbində yerləşən Totnes şəhərində, varlı bank işçisinin ailəsində dünyaya göz açmışdır. O hələ 1820–1860-cı illərdə ilk dəfə olaraq proqram idarəetməsinə malik olan hesablama maşının yaradılması ilə məşğul olmuşdur. Bebbicin "Mexaniki Kompüter"i üçün proqramları dahi ingilis şairi Corc Bayronun yeganə qızı, dərin riyazi biliklərə malik olan Ada Avqusta Lavleys hazırlayırdı.

Remove ads

İlk analitik maşının kəşfi

Thumb
On the economy of machinery and manufactures, 1835

Çarlz Bebbic müasir kompüterin prototipi olan universal rəqəm hesablama maşınının layihəsini hazırlamışdır. Hesablama maşınları sahəsinin mütəxəssisi olan Bebbic hərtərəfli insan idi. Dahi alimin ixtiralarının siyahısına spidometr, oftalmoskop, seysmoqraf da daxildir. O, XIX əsr tarixində özündən sonra böyük iz qoymuş və tək riyaziyyat və hesablama texnikası deyil, elmin bütün sahələrində çevrilişlər etmişdir.

1830-cu ildə Çarlz Bebbic proqramla işləyən, yəni insanın iştirakı olmadan hesablama aparan hesablama maşınını yaratmağa cəhd göstərdi. Maşına proqramın perfokartlar vasitəsi ilə daxil edilməsi verilənlərinnəticələrin isə yaddaşda saxlanması nəzərdə tutulurdu. Çarlz Bebbicin kəşfi sonradan kompyuterin yaranmasının əsasını qoydu.[9]

Bebbicin işlərinin bir hissəsi London Elmi Muzeyində saxlanılır.[10]

Remove ads

İstinadlar

Mənbə

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads