İkinci sülalə (Misir)

From Wikipedia, the free encyclopedia

İkinci sülalə (Misir)
Remove ads

II sülalə - Qədim Misir tarixinin erkən padşahlıq dövrünün ikinci və sonuncu sülaləsi[1].

Remove ads

Tarix

Bu dövrlə bağlı məlumatlar yetərli qədər olmadığından ikinci sülalə zamanında siyasi vəziyyət, qonşu xalqlarla münasibət çox zəif öyrənilib.

Bu xanədanlıq birinci sülalənin süqutundan sonra hakimiyyətə gəlib və Misirin dövlət quruluşunun təkmilləşməsi, dini və inzibati sistemlərin formalaşmasında önəmli rol oyanıb.

II sülalə dövründə əhali arasında dinin güclənməsi, yeni dini mərkəzlərin yaranması müşahidə olunub. Manefon Tinisin paytaxt şəhər statusunu qoruduğunu yazır.

Tanınmış misirşünas Volfanq Helqə görə Misir bu dövrdə iki yerə bölünüb. Ayrılma səbəbi kimi cəmiyyətdə dini fərqlərin güclənməsi önə çıxardılır. Buna görə II sülalə fironlarının bir hissəsi Yuxarı, digər bir hissəsi isə Aşağı Misirdə hökmranlıq edib.

İlk firon Hotepsehemuy ölkəni birləşdirmək və daxili sabitliyi bərpa etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirib. Onun adı "iki güc barışır" mənasını verir ki, bu da o dövrdə Yuxarı və Aşağı Misirin yenidən birləşməsinə işarə edir.

Sülalənin digər önəmli fironlarından biri Peribsen olub. Peribsen, təxminən e.ə. 2760-cı ildə hakimiyyətə gəlib və ölkədəki dini dəyişikliklərlə yadda qalıb. O, ənənəvi günəş tanrısı Ra əvəzinə Seti öz qoruyucu tanrısı kimi qəbul edirdi. Bu dəyişiklik həm də Peribsenin dövründə baş verən dini böhranı, Misir cəmiyyətində yaranmış qarşıdurmaları əks etdirir.

Sülalənin son fironu Xasexemuy isə ölkənin yenidən sabitliyə qovuşmasında mühüm rol oynayıb. Deltada baş qaldıran üsyanı yatırıb və ölkənin cənub və şimalını yenidən birləşdirməyi bacarıb. O, özünü həm Hor, həm də Set tanrılarının himayədarı kimi təqdim edirdi.

Remove ads

Fironlar

II sülalə hökmdarlarının adları, sıralaması və hakimiyyət illəri haqqında məlumatlar dəqiq deyil. İlk üç firon bir çox mənbələrdə eynidir.

Ad Şəkil Hakimiyyət illəri (təx.)
Hotepsehemuy
Thumb
e.ə. 2840
Nebra/Raneb
Thumb
e.ə. 2830
Ninetyer
Thumb
e.ə 2810-2777
Vadyenes/Veneq
Thumb
e.ə. 2790
Sened
Thumb
e.ə. 2790-2666
Nubnefer
Thumb
e.ə. 2760
Set-Peribsen
Thumb
e.ə. 2760
Neferkara
e.ə 2749
Neferkasokar
e.ə. 2745
Hudyefa
Xasexemuy
Thumb
e.ə. 2740-2722
Remove ads

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads