2011 Avroviziya Mahnı Müsabiqəsi
Ümumavropa mahnı müsabiqəsi From Wikipedia, the free encyclopedia
Remove ads
2011 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2011; fr. Concours Eurovision de la chanson 2011) — sayca 56-cı Avroviziya Mahnı Müsabiqəsidir. Lena Meyer-Landrutun ifa etdiyi "Satellite" mahnısı ilə 2010 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2011-ci ildə Almaniya üçüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Almaniyanın Düsseldorf şəhərində Esprit arenada keçirilmişdir. Müsabiqənin yarımfinalları 2011-ci ilin 10 və 12 may, final isə 14 may tarixində baş tutmuşdur.
2011-ci ildə 13 illik fasilədən sonra İtaliya, üç illik fasilədən sonra Avstriya, iki illik fasilədən sonra San-Marino və bir illik fasilədən sonra Macarıstan Avroviziyaya geri dönmüşdür. Ümumilikdə 43 ölkənin iştirak etdiyi Avroviziya 2011-də Azərbaycan təmsilçiləri olan Eldar Qasımov və Nigar Camal ifa etdikləri "Running Scared" adlı mahnı ilə 221 xal toplayaraq qalib gəlmişdirlər. Bu müsabiqəyə ilk dəfə 2008-ci ildə qoşulan Azərbaycanın Avroviziyada ilk qalibiyyəti idi.


Remove ads
Yarımfinallara bölünmə səbətləri
17 yanvar 2011-ci il tarixdə Avroviziya 2011-də iştirak edəcək ölkələrin yarımfinallara bölünməsi üçün püşkatma mərasimi keçirilmişdir. Tədbirdən əvvəl də məlum idi ki, iştirakçı ölkələrdən beşi; Böyük Britaniya, Fransa, İspaniya İtaliya və ev sahibi Almaniya birbaşa finalda iştirak edəcək. Müsabiqənin səsvermə üzrə rəsmi sponsoru olan Digame-nin apardığı hesablamalar nəticəsində 2011-ci ilə kimi bir-birinə çox səs verən ölkələrin fərqli yarımfinallarda iştirak etməsi üçün ölkələr beş səbətə ayrılmışdır. Hər bir səbətdə fərqli səsvermə qruplaşmaları yer almışdır (Balkan ölkələri bir səbətdə, Keçmiş Sovet ölkələri bir səbətdə, Skandinaviya ölkələri bir səbətdə və s.). Həmin bu üsul yarımfinal püşkatması zamanı eyni səbətdə yer alan altı və ya yeddi ölkənin eyni yarımfinalda iştirak etməməsinə şərait yaradırdı.
Müsabiqənin birinci yarımfinal tarixinin İsrailin müharibədə həlak olan əsgərləri və eyni zamanda terror qurbanlarını Anım günü ilə üst-üstə düşməsi səbəbindən İsrailin dövlət kanalı IBA bu barədə Avropa Yayım İttifaqına müraciət etmiş və ölkənin püşkatmadan kənar ikinci yarımfinalda iştirak etməsinə qərar verilmişdir.
Remove ads
İştirakçı ölkələr
43 ölkənin iştirak etdiyi Avroviziya 2011 otuz səkkiz ölkənin final uğrunda mübarizə apardığı iki yarımfinal mərhələsindən (hər yarımfinalda on doqquz ölkə) və iyirmi beş ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunmuşdur. "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya) müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdırlar.
1-ci yarımfinal
10 may tarixində baş tutan yarımfinal mərhələsində 19 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Böyük Britaniya və İspaniya səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.
2-ci yarımfinal
12 may tarixində baş tutan yarımfinal mərhələsində 19 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Fransa, İtaliya və ev sahibi Almaniya səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.
Remove ads
Final

Finalçılar:
- "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya);
- Birinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr;
- İkinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr.
14 may tarixində baş tutan yarımfinal mərhələsində 25 ölkə iştirak etmişdir. Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və Azərbaycan təmsilçiləri ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdirlər.
Remove ads
Yenidən iştirak edən müğənnilər
Nəticələr
1-ci yarımfinal
2-ci yarımfinal
Final
Remove ads
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads