Afaq Məsud

azərbaycanlı yazıçı From Wikipedia, the free encyclopedia

Afaq Məsud
Remove ads

Afaq Məsud qızı Vəliyeva (Afaq Məsud) (3 iyun 1957, Bakı) — Azərbaycan yazıçısı və dramaturqu, Azərbaycan Respublikasının xalq yazıçısı (2019), Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri (2014–2024). Rusiyanın Elm və İncəsənət Pyotr Akademiyasının (PANİ) həqiqi üzvü, Avropa Elm, Sənət və Ədəbiyyat Akademiyasının həqiqi üzvü, Gürcüstan Yazıçılar Birliyinin üzvüdür. Prezident təqaüdüçüsü. [1]

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Remove ads
Remove ads

Həyat və fəaliyyəti

Afaq Məsud qızı Vəliyeva 3 iyun 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1979–1986-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında redaktor, redaksiya heyətinin üzvü, 1986–1988-ci illərdə "Azərbaycantelefilm"in direktoru, 1989–2014-cü illərdə Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, "Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktoru vəzifələrində çalışıb.[2]

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 may tarixli 501 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 may tarixli 110 nömrəli sərəncamı ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

Roman, pyes, essehekayələr müəllifidir.

Əsərləri, müsahibə və məqalələri bir çox ölkələrin nəşriiyyatlarında, KİV-də nəşr olunub, mədəniyyət, ədəbiyyat portallarında yayınlanıb. "Can üstə", "O məni sevir", "Yol üstə", "Qatarın altına atılan qadın", "Kərbəla", "Mənsur Həllac" pyeslərinin müəllifidir.[2]  Dövlət "Yuğ" Teatrında "Can üstə", "O məni sevir" (rejissor – Vaqif İbrahimoğlu), Akademik Milli Dram Teatrının səhnəsində "Qatarın altına atılan qadın" tamaşaya qoyulub (rejissor – Mehriban Ələkbərzadə). Onun əsərləri əsasında "Sərçələr" (rejissor – Eyvaz Vəliyev), "Qonaqlıq" (pejissor — Tariyel Vəliyev) televiziya tamaşaları, "Gecə" (rejissor – Teymur Quliyev), "Cəza" (rejissor – Mehriban Ələkbərzadə), "Dovşanın ölümü" (rejissor – L. Nəcəfzadə) filmləri çəkilib.

Q. Q. Markesin "Patriarxın payızı", T. Vulfun "Dünyanın hörümçək toru" romanlarının, Məhəmməd Nəsəfi, Əbu Həmid əl-Qəzali, İbn Ərəbi, Cəlaləddin Ruminin təzkirələrinin Azərbaycan dilinə tərcümə müəllifidir.

1994-cü ildə Berlin Ədəbiyyat Evində "İzdiham" əsərinin alman dilində qiraəti və müzakirəsi keçirilib, 2000-ci ildə Vyana Universitetində yaradıcılığı əsasında doktorluq dissertasiyası müdafiə olunub. (Sena Doğan "Avropa şərqşünaslığında qadın yazarlar") 2004-cü ildə Vyana radiosunda "Sərçələr" hekayəsinin motivləri əsasında hazırlanmış "Die Sperlinge" ("Sərçələr") radio-pyesinin yayını təşkil edilib.[2]

Ailəsi

Azərbaycanın Xalq yazıçısı Əli Vəliyevin nəvəsi, ədəbiyyatşünas alim Məsud Əlioğlunun qızıdır.

Remove ads

Əsərləri

Romanları
  • "Qarğış"
  • "Keçid"
  • "Fatma"
  • "Dəfn"
  • "Üzü işığa"
  •  "Suiti"
  • "İzdiham"
  • "Azadlıq"
  • "II İohan"
Hekayələri
  • Şənbə Gecəsi
  • Çovğun
  • Müdir
  • Yataqxana
  • Uydurma
  • Bekar
  • Mədəd
  • Tutuquşu
  • Öldürdülər
  • Sərçələr
  • Tək
  • Qəza
  • Qu quşu
  • Dovşanın ölümü
  • Prezident
  • O
  • Gecə
  •  Generalın ölümü
  • S. V. A. C. O.
  • Alman kilsəsi
  • Dahi
  • Müvəkkil Vaysman
  • Can üstə
  • Aysun
Pyesləri
  • Can üstə
  • Aktrisa
  • O məni sevir…
  • Qatarın altına atılan qadın
  • Kərbəla
  •  Mənsur Həllac
Tərcümələri
  • Tomas Vulf "Dünyanın hörümçək toru"
  • Qabriel Qarsia Markes — "Patriarxın payızı"
  • Xilas yolunun yolçuları
  • Ziqmund Freyd — "Biz və ölüm"
  • Əl Qəzali "Səadət iksiri"
  • İbn Ərəbi "Allahı axtaranlara məsləhət"
  • Əl Qəzali "Hədis ül-qüds"
  • Nəsəfi "Zübdət-əl-hakayik"
  • Əl Qəzali "Oğluma məktub"
  • Anton Çexov: "Qara rahib"
Filmlər, teletamaşalar
  • "Qonaqlıq"
  • "Sərçələr"
  • "Cəza"
  • "Gecə"
  • "Dovşanın ölümü"
Teatr tamaşaları
  • O, məni sevir…
  • Can üstə
  • Qatarın altına atılan qadın
Kitabları
  • "Üçüncü mərtəbədə", Bakı, Gənclik, 1971
  • "Şənbə gecəsi", Bakı, Yazıçı, 1984
  • "Субботний вечер", Москва, 1984 ("Şənbə gecəsi", Moskva, 1984)
  • "Keçid" (povest və hekayələr), Bakı, Yazıçı, 1988
  • "Tək", Bakı, Gənclik, 1992
  • "İzdiham", Bakı, Azərbaycan Tərcümə Mərkəzi
  • "Azadlıq" (roman, esse, hekayə), Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 1997
  • "Roman, esse, hekayə", Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 1999
  • "Yazı", Bakı, Qanun, 2004
  • "II İohan" (hekayə-roman), Bakı, Mütərcim, 2009
  • "Suiti", Tehran, 2011, Pinar
  • "Seçilmiş əsərləri" 1-ci cild, Bakı, Elm və təhsil, 2012
  • "Seçilmiş əsərləri" 2-ci cild, Bakı, Elm və təhsil, 2012
  • "Роман-рассказ", Баку, Евразиа Пресс, 2012
  • "Kalabalık" ("İzdiham"), Ankara, Bengü, 2015
  • "Üzü işığa", Tehran, Nohbəgan, 2015
  • "İzdiham", Tehran, Şurafərin, 2016
  • "İzdiham", Tehran, Fərsar, 2016
  • "Избранное", Москва, Художественная литература, 2017 ("Seçilmiş əsərləri", Moskva: Xudojestvennaya literatura, 2017)
  • "Azadlıq", Kiyev, Druqe dixaniya, 2017
  • "Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü" Bakı, 2018
  • "Azadlık" İstanbul, Zengin Yayıncılık,2018
  • "Şənbə gecəsi və digər hekayələr", Qahirə 2018
  • "Azadlıq" Merani, Gürcüstan, 2019
  • "Azadlıq", ("Szabadulas") Macarıstan, 2020
  • "Azərbaycan dilinin orfoqrafiya lüğəti" Bakı, 2020
  • "II İohan", Parlaq qələm (İran), 2022
  • "Qarabağın incisi Şuşa" – Bakı (Azərbaycan Dövlət Tərcümə Mərkəzi – 2022)
  • "Dovşanın ölümü" — Bakı ("Təhsil" nəşriyyatı – 2023)
  • "Duyğular imperiyası" — Bakı ("Təhsil" nəşriyyatı – 2024)
Remove ads

Təltif və mükafatları

Azərbaycan

Digər ölkə və birliklər

  • TÜRKSOY-un Məhtimqulu Fəraqi adına medalı
  • Türkiyənin "Beynəlxalq səhnə əsərləri müsabiqəsi"nin qalibi
  • "Haldun Taner" medalı[8]
  • "Gürcüstanın mədəniyyət elçisi" fəxri diplomu
  • Gürcüstan Yazıçılar Birliyinin "Akakiya Tsereteli" mükafatı
  • Gürcüstan və Acara Yazıçılar Evinin fəxri diplomu
  • Gürcüstan Yazıçılar Birliyinin "İvane Maçabeli" mükafatı[9]
  • Rustaveli Ziyalılar Cəmiyyətinin "Əməkdar mədəniyyət xadimi" fəxri adı
  • Gürcüstan Mədəniyyət Akademiyasının "Gürcüstanın Əməkdar mədəniyyət xadimi" fəxri adı
  • Gürcüstan Yazıçılar Birliyinin "Mixeil Cavaxişvili" mükafatı[9]
  • Gürcüstanın "Georgi Leonidze adına qızıl medal"ı

İstinadlar

Loading content...

Xarici keçidlər

Loading content...
Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads