Albit

From Wikipedia, the free encyclopedia

Albit
Remove ads

Albit — mineral - Na[AlSi3O8].

Cəld faktlar Ümumi məlumatlar, Kateqoriya ...

Haqqında

Plagioklazın izomorf  sırasının son üzvü. Kris­tallik quruluşun nizamlanmasından asılı olaraq struktur növ müxtəlifliyi ayrılıb: yüksək albit, aşağı albit, aralıq albit. Morfoloji növləri: qəndəbənzər albit, geniş lövhəli albit, leystli albit, klevelandit. Albit qələvi metasomatitlərin, peqmatitlərin və b. süxurların əsas tərkib hissəsidir.

Albit ikiləşməsi

Albit ikiləşməsi albit qanununa tabe olan ikiləşmə. İkiləşmə oxu (010), bitişmə müstəvisi (ikiləşmə tikişi) (010). Triklinik çöl şpatlarında (turş plagio­klazlarmikroklin) çox geniş yayılmışdır. Adətən polisintetikdir.

Albit ikiləşməsi qanunu

Albit ikiləşməsi qanunu normal qanunlar qrupuna aid edilən ən geniş yayılmış ikiləşmə qanunlarından biri. Təbəqəli quruluşlu mika və başqa mineralların ikiləşməsi üçün səciyyəvidir. İkiləşmə tikişi mükəmməl ayrılmaya (001) uyğun gəlir. İkiləşmə oxu tikiş müstəvisində yerləşir.

Albit, yüksək çöl şpatı

Albit, yüksək çöl şpatı mineral, soyuduqdan sonra yüksək temperaturlu modifikasiyaya xas olan strukturunu saxlayan albit və ya başqa çöl şpatı. Bunlara effuziv süxurların çöl şpatlarının əksəriyyəti aiddir.  Sinonim: Analbit.

Albitit

Albitit süxur, albitdən, bəzən az miqdarda kvars, muskovit və başqa mineral qarışıqlarından təşkil olunmuş kristallik-dənəvər damar süxuru. Mənşəyinə görə heterogendir. Qranitolidlərdə, nefelinli sienitlərdə aplit tipli damar şəklində rast gəlir; ultraəsası süxurlarda damar dioritlərinin, plagioqranitlərin və başqa natrium qranitoidlərinin anortitsizləşmə və silisiumsuzlaşması nəticəsində əmələ gəlir. Monomineral növləri keramik xammal kimi istifadə olunur.

Remove ads

Albitləşmə

Albitləşmə albitin silikat və alümosilikat minerallarının hesabına hidrotermal və ya metasomatoz yolla əmələgəlmə prosesi. Sossüritləşmə, propilitləşmə, spilitləşmə və başqa proseslərlə birgə müşahidə olunur.

Mənbə

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads