Aleksandr Litvinenko

From Wikipedia, the free encyclopedia

Aleksandr Litvinenko
Remove ads

Aleksandr Valteroviç Litvinenko (rus. Алекса́ндр Ва́льтерович Литвине́нко; 4 dekabr 1962[1], Voronej[2]23 noyabr 2006[3][4][…], London[5]) — Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş casusu.

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Remove ads

Həyatı

Litvinenko Rusiya Federal Təhlükəsizlik Xidmətinin polkovnik-leytenatı rütbəsi ilə istefaya çıxdıqdan sonra Putin hakimiyyətinin ən fəal tənqidçisinə çevrilmişdi.[6] 2000-ci ildə təqiblərdən qurtulmaq üçün Böyük Britaniyaya mühacitər edən keçmiş xüsusi xidmət orqanlarının zabiti "FTX Rusiyanı partladır" adlı kitabında 1990-cı illərin sonunda Rusiyanı bürüyən terror aktlarını məhz Federal Təhlükəsizlik Xidmətinin törətdiyini bildirirdi. Onun fikrincə, məsuliyyəti çeçen mücahidlərinin üstünə atılan bu terror aktları Vladimir Putini hakimiyyətə gətirmək üçün planlaşdırılmışdı. 2006-cı il noyabrın 1-də Londonda görüş keçirdiyi dostu, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Aleksey Luqovoy tərəfindən zəhərlənmişdi.[7]

Həmin il noyabrın 23-də London xəstəxanalarından birində vəfat edib.[8] Onun ölümünə səbə olan "Polonium-210" elementi adətən nüvə yanacağının hazırlanmasında istifadə olunur və çox güclü şüalanma təsirinə malikdir. Ölümündən əvvəl İslamı qəbul etmişdir.[9]

Remove ads

İstinadlar

Həmçinin bax

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads