Aleksey Pajitnov
From Wikipedia, the free encyclopedia
Remove ads
Aleksey Pajitnov (rus. Алексей Пажитнов; d. 14 mart 1956, Moskva, RSFSR, SSRİ) — sovet və amerikalı oyun dizayneri və proqramçı, "Tetris" oyunun yaradıcısı.[1]
Remove ads
Həyatı
91 saylı Moskva riyaziyyat məktəbini və Moskva Aviasiya İnstitutunu bitirib.[2][3]
SSRİ elmlər Akademiyasının Hesablama Mərkəzində çalışıb. Burada o, süni intellekt problemləri və nitqin tanınması ilə məşğul olub. 1984-cü ildə məhz orada sonradan dünyaca məşhur olacaq "Tetris" oyununu hazırlayıb.
1988-ci ildə Bullet-Proof Software Firmasının dəstəyi ilə Animatek şirkətini (oyun proqram təminatının hazırlanması) təşkil edib. 1991-ci ildə isə ABŞ-yə köçüb.
1996-cı ilin oktyabrında "Microsoft" şirkətinə keçib. Burada o, Pandora's Box üçün başsındırmaların hazırlanması ilə məşğul olub. 2005-ci ildə "Microsoft"u tərk edib.
1997-ci ildə Gaming Computer World Aleksey Pajitnovu "Oyun sənayesinin ən nüfuzlu insanları" siyahısında dördüncü yerə layiq görüb.[4]
18 avqust 2005-ci ildə Wildsnake Software anons buraxıb ki, Aleksey Pajitnov onların şirkətinə qoşulur və yeni oyunlar seriyasının hazırlanmasına başlayır.[5]
2007-ci il martın 7-də Game Developers Choice Awards First Penguin Award mükafatına layiq görülmüşdür.[6]
2009-cu il iyunun 24-də LARA — Der Deutsche Games Award fəxri mükafatına layiq görülüb.[7]
Remove ads
Şəxsi həyatı
Oğlu Dmitri 2017-ci ildə Reynir dağında dağ xizəyi zamanı bədbəxt hadisə nəticəsində həlak olub.[8][9]
İşləri
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads