Annalena Berbok

From Wikipedia, the free encyclopedia

Annalena Berbok
Remove ads

Annalena Berbok[10] və ya Baerbok[11] (alm. Annalena Charlotte Alma Baerbock; 15 dekabr 1980[1][2][…], Hannover[1][3]) — Almaniya siyasətçisi. O, 2018-ci ildən Robert Habek ilə birlikdə Alyans 90/Yaşıllar partiyasının həmsədridir. Baerbok partiyanın 2021-ci il federal seçkilərində kansler namizədidir. O, Yaşılların ilk qadın namizədi və Angela Merkeldən sonra Almaniyanın böyük bir siyasi partiyası tərəfindən kansler namizədi olan ikinci qadın olmuşdur.

Cəld faktlar Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının prezidenti, Əvvəlki ...

Baerbok ilk dəfə 2013-cü ildə Bundestaqa seçilmişdir. O, 2012-ci ildən 2015-ci ilə qədər Alyans 90/Yaşıllar partiya məclisinin üzvü və 2009–2013-cü illərdə partiyasının Brandenburqdakı dövlət qrupunun lideri idi.

Remove ads

Siyasi mövqeyi

Almaniya ilə Rusiya arasındakı ikitərəfli münasibətlərin bir istiqaməti olan "Şimal axını 2" qaz boru kəməri layihəsi Baerbok tərəfindən açıq şəkildə müzakirə edilir. O həmçinin, Çini Sincan, Tibet və getdikcə daha çox Honq Konqda zorakılıq törətməkdə və sistmatik şəkildə insan haqlarını pozmaqda günahlandırmışdır. Bundan əlavə, Baerbok məcburi əmək mallarının axınının Avropa təchizat zənciri qanunu ilə tənzimlənə biləcəyini irəli sürmüşdür.[11]

Remove ads

Əsərləri

  • Jetzt. Wie wir unser Land erneuern. With Michael Ebmeyer. (“Now. How we renew our country.”) Ullstein Verlag, Berlin 2021, ISBN 978-3-550-20190-5.

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads