Antonov An-124 Ruslan

From Wikipedia, the free encyclopedia

Antonov An-124 Ruslan
Remove ads

Antonov An-124 Ruslan (rus. Антонов Ан-124 "Руслан"; NATO kod adı: Condor) SSRİ-nin Antonov aviaşirkəti tərəfindən istehsal olunmuş strateji hərbi nəqliyyat təyyarəsidir. Təyyarə 1980-ci illərdə Ukrayna SSR ərazisində yerləşən Antonov dizayn bürosu tərəfindən istehsal olunmuşdur. Boinq 747-8F təyyarəsi istehsal olunana qədər otuz il ərzində dünyanın ən böyük yük götürmə qabiliyyətinə sahib nəqliyyat təyyarəsi hesab olunurdu. Buna baxmayaraq, An-124 hələ də dünyanın ən böyük hərbi nəqliyyat təyyarəsi olaraq qalmaqdadır.[5] Hazırda Volqa-Dnepr Hava Yollarında Texniki Direktor vəzifəsində xidmətini davam etdirən Viktor Tolmaçev An-124 təyyarəsinin baş dizayneri olmuşdur.[6]

Cəld faktlar An-124, Tipi ...
Remove ads

Variantları

An-124 Ruslan
Ağır strateji nəqliyyat təyyarəsi
An-124-100
Ticari nəqliyyat təyyarəsi
An-124-100M-150
Qərb ölkələrinin istehsalı olan avionika ilə təchiz olunmuşdur
An-124-102
EFIS göyərtə sistemi ilə təchiz olunmuşdur
An-124-115M
"Rockwell Collins" şirkətinin istehsalı olan avionika ilə təchiz olunmuşdur
An-124-130
Təklif olunan variant
An-124-135
Təyyarənin arxa tərəfində bir ədəd oturacaq olan təyyarənin qalan yeri karqo üçün nəzərdə tutulmuşdur
An-124-150
Artırılmış yükgötürmə qabiliyyətinə (150 ton) sahibdir
An-124-200
Hər biri 263 kN gücündə olan General Electric CF6-80C2 mühərriki ilə təchiz olunmuşdur
An-124-210
Hər biri 264 kN gücündə olan Rolls-Royce RB211-524H-T mühərrik və Honeywell avionikası ilə təchiz olunmuş bu variant Böyük Britaniyaya təklif olunmuş, lakin 1999-cu ilin avqustunda qarşı tərəf bundan imtina etmişdir.
An-124-300
Yeni avionika və əyləc sistemi ilə təchiz olunmuş bu variant Rusiya Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuşdur.[7]
Remove ads

İstifadəçiləri

Hərbi

Mülki

2013-cü ilin iyul ayına olan məlumata əsasən 26 ədəd An-124 təyyarəsi kommersiya məqsədilə istifadə olunur.

Taktiki-texniki xüsusiyyətləri (An-124-100M-150)

Thumb
3 sides view

Ümumi göstəriciləri

  • Ekipaj: 4-6 nəfər
  • Yükgötürmə potensialı: 150,000 kq
  • Uzunluğu: 68.96 m
  • Qanad qolayı: 73.3 m
  • Hündürlük: 20.78 m
  • Qanadının sahəsi: 628 m
  • Boş çəki: 175,000 kq
  • Maksimum qalxma çəkisi: 405,000 kq
  • Güc təminatçısı: 4 × Progress D-18T mühərrik (hər birinin itələmə qüvvəsi: 229.5 kN)

Uçuş keyfiyyətləri

  • Maksimal sürət: 865 km/s
  • Uçuş məsafəsi: 5,200 km
  • Uçuş tavanı: 12,000 m
  • Qanad yüklənməsi: 645 kq/m
  • Çəkmə gücünün çəkiyə nisbəti: 0.23

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads