Assos

From Wikipedia, the free encyclopedia

Assosmap
Remove ads

Assos (q.yun. Ἄσσος, lat. Assus), Bəhramkale və ya qısaca BəhramTürkiyənin Çanaqqala ilinin Ayvacık ilçəsində tarixən mövcud olmuş zəngin şəhər. Şəhər Böyük Plininin dövründə Apollonia (Ἀπολλωνία) adını daşıyırdı.[1]

Cəld faktlar Yer qeydləri ...

Aristotel Afinadakı Platon Akademiyasından ayrıldıqdan sonra (Ksenokratın da qatıldığı) Assosa gəlir. O burada Hermi tərəfindən qarşılanır və şəhərdə akademiya açır.[2] Aristotel həmçinin Herminin övladlığa götürdüyü qızı Fisias ilə evlənmişdir.[2] Aristotel Assos akademiyasında bir qrup filosofun başçısı olur və onlarla birlikdə zoologiyabiologiya mövzusunda yenilikçi müşahidələr edir.[2]

Farslar Assosa hücum etdikdə Kral Hermi tutuldu və öldürüldü.[2] Aristotel dostu Makedoniyalı II Filippin idarə etdiyi Makedoniyaya qaçdı[2] və burada Filipin oğlu Makedoniyalı İskəndərə dərs verməyə başladı.[2] Şəhərin girişində Aristotelin müasir heykəli var.[3]

Assosun dağıntıları 2017-ci ildən bəri Türkiyədəki Ümumdünya İrsi İlkin siyahısına daxil edilmişdir.[4]

Remove ads

Coğrafiya

Thumb
Assosdakı Afina məbədi. Solda yaxınlıqda yerləşən Lesbos adası görünür.
Thumb
Assos xarabalıqları

Şəhərə rəsmi olaraq Bəhramkale kimi istinad edilsə də, insanların əksəriyyəti buranı hələ də qədim adı olan Assos olaraq adlandırırlar. Qəsəbə qədim adı Troad ilə daha yaxşı tanınan Biqa yarımadasının cənub tərəfində yerləşir.[5]

Ətraf ərazinin çox hissəsi qədim Afina məbədindən görünür. Buludsuz günlərdə bu məbəddən cənubda Lesbos, cənub- şərqdə Perqam və şərqdə Qaz dağına qədər ərazilər görünə bilər. Şəhərin şimal-qərbindəki iki böyük Yunan sütunu hələ də şəhərin girişini işarə edir.[5]

Remove ads

Tarix

Thumb
Assosda Egey dənizinə baxan Afina məbədi.
Thumb
Ege dənizinə baxan qədim Assos teatrı. Üfüqdə, sağdayaxınlıqdakı Lesbos adası görünür.

Şəhər eramızdan əvvəl 1000–900-cü illər arasında Mitimnadan gəldiyi söylənilən Lesbos adasındakı Aeoli kolonistləri tərəfindən salınmışdır.

Şəhərin sakinləri eramızdan əvvəl 530-cu ildə qayanın üstündə Afinaya həsr olunmuş məbəd tikdilər. Platonun tələbəsi olan Hermi bu məbəddən Assosu, həmçinin, bir müddətliyinə Biqa və Lesbosu idarə etdi.[5] Onun hakimiyyəti dövründə şəhər çiçəklənməyə başladı və o, filosofları şəhərə köçməyə təşviq etdi. Bunun bir hissəsi olaraq e.ə. 348-ci ildə Aristotel şəhərə gəldi və üç il sonra, 345-ci ildə Lesbosa getməzdən əvvəl Kral Herminin qardaşı qızı Fisias ilə evləndi. Bir neçə il sonra Farslar şəhəri ələ keçirib Hermini işgəncə ilə öldürdülər və Assosun "qızıl dövrü" başa çatdı.[6]

Farsları şəhərdən e.ə. 334-cü ildə Makedoniyalı İsgəndər qovdu. e.ə. 241–133-cü illər arasında şəhər Perqam kralları tərəfindən idarə olunurdu. Lakin, e.ə. 133-cü ildə Perqamonlar Roma imperiyası tərəfindən mənimsənildiyi üçün şəhərə nəzarəti itirdilər.[5]

Bu dövrdən etibarən Assos o vaxta qədər olduğu kimi kiçik bir kəndə çevrildi.

1900-cü illərin əvvəllərində Afina məbədinin içindəkiləri köçürməyə cəhd edildi. Buradakı tapıntıların çox hissəsi Luvr kimi muzeylərə köçürülmüşdü.[5]

2018-ci ildə arxeoloqlar Yunan dövrünə aid zərər görməmiş ailə qəbri aşkar etdilər. Qəbrin üz qabığında "Aristios" adı yazılmışdı. Qəbir 21 nəfərlik bir ailəyə məxsus idi. Ailə üzvlərindən biri normal olaraq basdırılmış, qalan 20 nəfər isə yandırılmış və külləri vazaların içərisinə qoyulmuşdu. Vazaların içərisinə yad maddələrin düşməsinin qarşısını almaq üçün qapaqlar sementlə möhürlənmişdi.[7]

Remove ads

Hazırkı gün

Türkiyənin Assos şəhərində aparılan qazıntılar zamanı arxeoloqlar Yunanıstan dövrünə aid 2 200 illik bir aslan heykəli və Bizans dövrünə aid 1 500 illik daş soba aşkar etmişdirlər. Professor Nurettin Arslanın verdiyi məlumata görə, heykəl o dövrdə karvansara olaraq istifadə edilən binadan çıxarılmışdır. Bizans dövrünə aid tapıntılarına isə üç qazanlı soba daxildir.[8][9][10]

Thumb
Assosdakı Afina məbədindən heykəltəraşlıq arxitravı (Luvr Muzeyi, Paris)

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads