Azərbaycan–Gürcüstan münasibətləri

From Wikipedia, the free encyclopedia

Azərbaycan–Gürcüstan münasibətləri
Remove ads

Azərbaycan–Gürcüstan münasibətləriAzərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.

Cəld faktlar Gürcüstanın Azərbaycandakı səfirliyi, Səfir ...
Remove ads

Tarixi

AXC dövrü

AzərbaycanGürcüstan uzun müddət Çar Rusiyası tərkibində vahid iqtisadi məkan olduqlarından istiqlaliyətləri elan olunduqdan sonra bir çox sahələrdə:maliyə, ticarət, nəqliyyat və s. sahələrdə razılaşmalar mütləq idi. Təqribən yüz il davam etmiş Çar Rusiyası əsarətindən sonra yeni qurulmuş Cənubi Qafqaz dövlətlərinin bir çox sistemləri bir-biri ilə bağlı idi və bu bağları az müddətdə atmaqla tək başına hərəkət etmək mümkün deyildi. Beləliklə müstəqiliyin elan olunmasından sonra qarşılıqlı müsbət addımlar atıldı.İlkin olaraq münasibətlər iqtisadi maraqlar üzərində qurulmuşdur. 1918-ci ilin iyun 4-də Azərbaycan, GürcüstanOsmanlı nümayəndələri arasında Bakı-Batumi ağ neft kəmərinin normal işləməsini təmin etmək haqqında saziş imzalanmışdır. Həmçinin Azərbaycan-Gürcüstan arasında əmtəə mübadiləsi haqqında müqavilə 1918-ci il dekabrın 26-da imzalanmışdır. [1] Müstəqiliyini yeni əldə etmiş cümhuriyyətin həll etməli olduğu məsələlərdən biri də maliyyə pul sistemi idi. Çünki həmin dövrdə Azərbaycan ərazisində çar rublu, müvəqqəti hökümətin pul nişanı kerenni, cənubu qafqaz komisarlıq bonu və bakı bonu istifadə olunurdu. Beləliklə 1918-ci il sentyabrın 6-da Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndəlikləri 280 milyon rubl məbləğində Zaqafqaziya bonu buraxılması barədə saziş imzaladılar. Hər iki dövlətin maraqlarına uyğun olan 19 maddədən ibarət bir müqavilədə imzalanmışdır. Bu müqavilə əsasən istehlak mallarının gömrük rüsumu olmadan daşınması nəzərdə tutulurdu[2]. Ümumilikdə 1918-1920-ci illərdə Azərbaycan-Gürcüstan münasibətləri yüksələn xətlə inkişaf etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Politseyskaya küçəsi 20 ünvanında Gürcüstanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə N.S.Alışbey rəhbərlik etmişdir[3].

Sovet dövrü

Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.

Remove ads

Diplomatik əlaqələr

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin noyabr ayının 18-də qurulmuşdur[4].

1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.

Azərbaycan ilə Gürcüstan arasında müstəqillikdən sonra yaranan münasibətləri iki mərhələyə bölmək olar. Birinci mərhələ — 1991-ci ildən 1993-cü ilə qədər olan müddəti əhatə edir. Zviad Qamsaxurdiya dövründə yaranan gürcü millətçiliyi yerli azərbaycanlılara qarşı çevrildi. Gürcü millətçiliyi Qafqazda Azərbaycanın milli mənafeyinə təhlükə törədirdi. 1993-cü ildə Heydər ƏliyevinEduard Şevardnadzenin hakimiyyətə gəlməsi Cənubi Qafqazda iki xalq arasında ziddiyyətlərin aradan qalxmasına kömək etdi. Azərbaycanla Gürcüstanı aşağıdakı siyasi xətlər birləşdirir:

  1. Müstəqil dövlətin möhkəmlənməsi və beynəlxalq əlaqələrin genişlənməsi
  2. Qafqazda nisbi siyasi sabitliyin yaranması
  3. Transqafqaz və Transxəzər magistralının təhlükəsizliyinin təmin edilməsi
  4. Demokratik cəmiyyətin, hüquqi dövlətin qurulması

Azərbaycanın Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar həcmində sərmayə yatırıb. Mövcud əməkdaşlıq enerji və nəqliyyat-logistika sahələrində mühüm strateji əhəmiyyət daşıyır. Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında və Şərqdən Qərbə yük daşımalarının həyata keçirilməsində Gürcüstan əsas tranzit ölkələrdən biridir. İki ölkə arasındakı əlaqələr tarixi, mədəni və iqtisadi bağlara əsaslanır və strateji tərəfdaşlıq çərçivəsində inkişaf etməkdədir.

Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmir yolu isə Asiya və Avropa arasında effektiv nəqliyyat bağlantısı təmin edir. 2023-cü ildə Azərbaycan vasitəsilə Gürcüstan üzərindən 11 ölkəyə 25 milyard kubmetr təbii qaz ixrac edilmişdir. Gələcəkdə yeni qaz yataqlarının istismara verilməsi ilə bu göstəricinin artacağı gözlənilir.

Bununla yanaşı, Azərbaycan və Gürcüstan yaşıl enerji layihələrində də əməkdaşlıq edir. Qlobal enerji bazarında yaşıl enerjiyə olan tələbatın artması bu sahədəki birgə layihələrin perspektivlərini genişləndirir. Həmçinin Orta Dəhliz layihəsi çərçivəsində iki ölkə Avropa və Asiya arasında nəqliyyat bağlantısının gücləndirilməsi üçün koordinasiyalı fəaliyyət göstərir. Bu əməkdaşlıq yalnız ikitərəfli əlaqələrin deyil, həm də regional və qlobal miqyasda enerji və nəqliyyat təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.

Remove ads

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[5]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Zahid Qaralov olmuşdur[6]. 4 mart 2016-cı il tarixindən Əflatun Amaşov işçi qrupunun rəhbəridir[5].

İqtisadi əlaqələr

2012-ci il yekunlarına görə Azərbaycan və Gürcüstan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 1 milyard dollardan çoxdur. Azərbaycan Gürcüstanda əsas investor və kreditor ölkələrdən biridir. Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkət Azərbaycan Dövlət Neft Şirkətidir.

Aqrar sahədə əlaqələr

İki ölkə arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı aqrar-sənaye kompleksi istiqamətində də əməkdaşlıq əlaqələri inkişaf edir. 2011-ci ildə Gürcüstandan ölkəmizə 12754,9 min ABŞ dolları dəyərində bar gətirən ağaclar, kolluqlar, peyvənd edilmiş və edilməmiş tinglər, heyvan və bitki mənşəli piylər və yağlar, mandarin və digər sitrus meyvə məhsulları, kartof, tərəvəz bitkilərinin toxumu, ədviyyatlar və digər kənd təsərrüfatı məhsulları idxal edilmişdir. Ölkəmizdən Gürcüstana isə 17346,4 min ABŞ dolları dəyərində faraş meyvə-tərəvəz, bitki yağları, meyvə-tərəvəz konservləri, şəkər tozu, çay və digər aqrar istehsal məhsulları ixrac olunmuşdur. Azərbaycan Respublikası ilə Gürcüstan arasında aqrar elmi-tədqiqat sahəsində əməkdaşlıq əlaqələri mövcuddur. Belə ki, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik Institutu ilə Gürcüstan Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutu arasında Quraq Bölgələrdə Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzinin (İCARDA) maliyyə dəstəyi ilə taxıl əkinlərində xəstəliklərin arealının müəyyənləşdirilməsi üzrə vaxtaşırı birgə ekspedisiyalar keçirilir. Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun Gürcüstanın müvafiq elmi-tədqiqat institutu ilə əməkdaşlıq əlaqəsi davam etdirilir. İki ölkə arasında mütəmadi olaraq aqrar elmi tədqiqatların nəticələri barədə infоrmasiya mübadiləsi aparılır.

Əmtəə dövriyyəsi (min doll.)

Əlavə məlumat İl, İxrac ...
Remove ads

Səfirliklər və konsulluqlar

Azərbaycanın Gürcüstanda:

  • Tbilisidə Azərbaycan səfirliyi
  • Batumidə Baş Konsulluq

Gürcüstanın Azərbaycanda:

  • Bakıda Gürcüstan səfirliyi
  • Gəncədə Baş Konsulluq

Diaspora

Gürcüstan azərbaycanlıları

Mədəni əlaqələr

Qardaşlaşmış şəhərlər

İdman sahəsində əməkdaşlıq

Futbol qarşılaşmaları

Thumb
Bakı və Tbilisi futbol komandalarının görüşu, 1923

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads