Rustavi
From Wikipedia, the free encyclopedia
Remove ads
Rustavi[3][4] (gürc. რუსთავი) — Gürcüstan Respublikasında Aşağı Kartli diyarının (tarixi Borçalı mahalı) mərkəz şəhəri. 1948-ci ildə şəhər kimi restrukturizasiya edilmiş Rustavinin tarixi adı Bostanşəhər olmuşdur.
Remove ads
Remove ads
Tarixi
1944-cü ildə hazırda Rustavi şəhəri adlanan ərazidə metallurgiya zavodu inşa edilməyə başlandı.[5] Zavodun inşası başa çatdıqdan sonra 1948-ci ildə bu yaşayış məntəqəsinə şəhər statusu verildi.[5]
Coğrafi mövqe
Respublika tabeli şəhər olan Rustavi Kür çayının sahilində, paytaxt Tiflisdən 25 km. cənub-şərqdə Qarayazı düzündə yerləşir. Coğrafi koordinatları 41° 33' şimal enliyi, 45° 2' şərq uzunluğudur. Rustavi (Bostandərə) şəhərinin sahəsi 61 km² - dir[6] .
Əhali
2002-ci il Gürcüstanda keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə əsasən Rustavi şəhərinin əhalisinin sayı 116.384 nəfər təşkil etmişdir. Ailələrin orta say tərkibi 3,4 nəfərdir. 4-nəfərlik ailələr say baxımdan cəmi ailələrin 28%-ni təşkil edir. Əhalinin 87,8%-i gürcülər, 3,1%-i ruslardır. Hal-hazırda Rustavi şəhərində buranın tarixən ən böyük etnik qrupu olan 4993 nəfər (şəhər əhalisinin 4,3%-i) azərbaycanlı yaşayır. Digər mənbələrdə isə rustavidə yaşayan azərbaycanlıların sayı 14.000 nəfər kimi göstərilir.[9] Statistikaya görə 2006-cı ildə şəhərin əhalisinin sayı 118,2 minə çatmışdır. Rustavi əhalisinin sayına görə Tiflis və Kutaisidən sonra Gürcüstanda 3-cü yeri tutur.
İqtisadiyyatı
Rustavi Gürcüstanın iri ağır sənaye mərkəzi hesab olunur. 1991-ci ildə Gürcüstan dövlət müstəqilliyini elan etdikdən sonra dərin iqtisadi tənəzzül ilə əlaqədar olaraq burada fəaliyyət göstərmiş 118 sənaye müəssisəsindən hal-hazırda cəmisi 3-ü işləyir. Metallurgiya və kimya sənayesi, o cümlədən gübrə və sement istehsalı inkişaf etmişdir. 2010-cu ildə Rustavidə uzun müddət bağlı qalan boru istehsal edən metallurgiya zavodu yenidən fəaliyyətə başlayıb. Yeni istehsal obyektinə 152 milyon dollar sərmayə yatırılıb və Cənubi Qafqaz fəaliyyət göstərən yeganə bu tipli zavoddur.
Remove ads
Mədəniyyəti
Şəhərdə hal-hazırda 25 orta, 2 orta ixtisas, Gürcüstan Texniki Universitetinin və Tbilisi Dövlət Universitetinin filialları, eləcə də 1994-cü ildə əsası qoyulmuş "Rustavi 2" teleşirkəti fəaliyyət göstərir.
İstinadlar
Mənbə
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads