Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycan Respublikasının ali elmi idarəsi From Wikipedia, the free encyclopedia

Azərbaycan Milli Elmlər Akademiyası
Remove ads

Azərbaycanın Milli Elmlər Akademiyası və ya qısaca: AMEAAzərbaycan Respublikasında dövlətin təsis etdiyi ali elmi qurum, Respublikanın ali elmi idarəsi, Azərbaycan Respublikasında elmin inkişafının təmin edilməsində və elm sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən dövlət ali elmi təşkilat.[2]

Cəld faktlar Azərbaycan Milli Elmlər Akademiyası AMEA, Ümumi məlumatlar ...

Akademiya qeyri-kommersiya hüquqi şəxsidir, öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, "Elm haqqında" Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.[2]

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir.[3]

Remove ads

Tarixi

Azərbaycan elminin, onun intellektual dəyərlərinin milli sərvət kimi qəbul edilməsində Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) mühüm rolu olmuşdur. Bakı Universitetinin yaranması, azərbaycanlı tələbələrin Avropa ali məktəblərinə göndərilməsi milli dilin, mədəniyyətin intişarı bütövlükdə Azərbaycan elminin inkişafına mühüm təsir göstərən amillərdən olmuşdur. 1920-ci ilin əvvəllərində respublikada elmi tədqiqatlar əsasən Azərbaycan Dövlət Universitetində (indiki BDU) mərkəzləşmişdi. 1920–1922-ci illərdə burada humanitar, tibbtəbiət bölmələrindən ibarət elmi assosiasiya təşkil edilmiş və fəaliyyət göstərmişdir.

1925-ci ildə Cəmiyyət Azərbaycan SSR Xalq Komissarları Sovetinin sərəncamına verildi.

1923-cü ildə elmi-tədqiqat işləri aparmaq üçün Nəriman Nərimanovun təşəbbüsü ilə yaradılmış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti 1929-cu ilə qədər fəaliyyət göstərmişdi. Bu cəmiyyət respublikanın baş elmi müəssisəsi idi. İlk dövrdə cəmiyyətin tərkibinə Tarix, Etnoqrafiya, İqtisadiyyat və Təbiətşünaslıq bölmələri daxil edilmişdi. 1925-ci ildə Tarix-Etnoqrafiya bölməsindən Türkologiya bölməsi də yaradıldı. Ayrı-ayrı elm sahələri istiqamətində tədqiqatlar aparılması məqsədilə tarix, tarix-ədəbiyyat, etnoqrafiya, dilçilik, lüğətçilik, hüquq, sənaye, Xəzər dənizinin tədqiqi, təsviri incəsənət, teatr, musiqi və s. üzrə komissiya və yarımkomissiyalar təşkil edildi. Respublikanın Şamaxı, Gəncə, Lənkəran, Zaqatala və digər qəzalarında, o cümlədən Naxçıvan MSSRDQMV-də cəmiyyətin bölmələri yaradıldı. 1925-ci ildə Cəmiyyət Azərbaycan hökumətinin sərəncamına verildi.[4] Cəmiyyətin sədri Əbdürrəhim bəy Haqverdiyev, üzvlərindən biri isə Məhəmmədhəsən bəy Vəlili-Baharlı seçilmişdi. 1929-cu ildə bu cəmiyyət yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (DETİ) adlandırılmışdı. İnstitutun təbiət, biologiya, tarixetnoqrafiya, dilçilik, ədəbiyyatincəsənət, fəlsəfə, Sovet Şərqi və xarici Şərq, dövləthüquq bölmələri var idi.

1932-ci ildə Azərbaycan DETİ əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edildi. Şöbəyə R. Axundov rəhbərlik edirdi. Şöbədə 11 bölmə və bir neçə komissiya fəaliyyət göstərirdi. Bir sıra məşhur alimlər – F. Y. Levinson-Lessinq, İ. M. Qubkin, A. A. Qrossheym, N. Y. Marr, İ. İ. Meşşanov, A. N, Derjavin, İ. Q. Yesman, ilk Azərbaycan alimlərindən Bəkir Çobanzadə, Vəli Xuluflu, M. Əfəndiyev, Abdulla Tağızadə, Salman Mümtaz, Ağamir Məmmədov və başqaları burada elmi-tədqiqat işləri aparırdılar.

1935-ci ilin oktyabrında şöbə SSRİ EA Azərbaycan Filialına çevrildi. Filialın yanında mövcud bölmələr əsasında Kimya, Botanika, ZoologiyaTarix, EtnoqrafiyaArxeologiya, DilƏdəbiyyat Elmi-Tədqiqat institutları, habelə Energetika, Fizika, Geologiya, Torpaqşünaslıq sektorları yaradıldı. Filialın Rəyasət Heyətinin sədri əvvəl akad. İ. M. Qubkin, sonralar isə akad. S. S. Namyotkin oldu.

SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan EA-na çevrildi. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, elmi-tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, XankəndiQubada elmi bazaları var idi. Həmin il Azərbaycan EA-na 15 həqiqi üzv seçildi. Onun ilk heyətinə Ü. Hacıbəyov, S. Vurğun, M. İbrahimov, Y. Məmmədəliyev, M. Qaşqay, A. A. Qrossheym, S. Dadaşov, İ. Q. Yesman, M. Mirqasımov, Ş. Əzizbəyov, Ə. Əlizadə, M. Topçubaşov, M. Hüseynov, H. Hüseynovİ. İ. Şirokoqorov daxil oldu. 1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mir Əsədulla Mirqasımov prezident seçildi. Sonrakı illərdə Yusif Məmmədəliyev (1947–1950, 1958–1961), Musa Əliyev (1950–1958), Zahid Xəlilov (1961–1967), Rüstəm İsmayılov (1967–1970), Həsən Abdullayev (1970–1983), Eldar Salayev (1983–1997), Fəraməz Maqsudov (1997–2000), Mahmud Kərimov (2001–2013), Akif Əlizadə (2013–2019), Ramiz Mehdiyev (2019–2022) Akademiyanın prezidenti olmuşlar. 2022-ci il 25 oktyabrda akademik İsa Həbibbəyli prezident seçilmişdir.[5]

Akademiyanın 67 həqiqi üzvü və 101 müxbir üzvü var.[4]

Təsisçiləri

Thumb
Azərbaycan SSR Elmlər Akademiyasının ilk Rəyasət Heyətinin həqiqi üzvləri (1945-ci il): Oturanlar (soldan sağa): Səməd Vurğun (1906–1956), İosif Yesman (1868–1955), Üzeyir Hacıbəyov (1885–1948), Ələşrəf Əlizadə (1911–1985), Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımov (1883–1958), İvan Şirokoqorov (1869–1946), Aleksandr Qrossheym (1888–1948), Mustafa Topçubaşov (1895–1981); Ayaqüstə (soldan sağa): Yusif Məmmədəliyev (1905–1961), Mirzə İbrahimov (1911–1993), Şamil Əzizbəyov (1906–1976), Heydər Hüseynov (1908–1950), Mirəli Qaşqay (1907–1977), Sadıq Dadaşov (1905–1946), Mikayıl Hüseynov (Üseynov) (1905–1992)

Müasir dövr

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2002-ci il tarixli 81 saylı qərarına əsasən AMEA-da struktur dəyişikliyi edilmişdir.

İnformasiya Telekommunikasiya Elmi Mərkəzinin (İTEM) bazasında İnformasiya Texnologiyaları İnstitutu (İTİ), Radiasiya Tədqiqatları sektorunun (RTS) bazasında Radiasiya Problemləri İnstitutu (RPİ) yaradılmışdır. İTİ-nun əsas fəaliyyət istiqamətləri yeni informasiya texnologiyaları əsasında müxtəlif sahələrin informasiyalaşdırılması, intellektual kompüter şəbəkələri və sistemlərinin yaradılması, informasiya təhlükəsizliyinin təmin olunmasıdır. Radiasiya Problemləri İnstitutunun əsas fəaliyyət istiqamətləri radiasiya texnologiyası, radiasiya təhlükəsizliyi, qeyri-ənənəvi enerji çevrilmə problemləri, ekologiya, radioekologiyadır. AMEA-nın Rəyasət Heyəti aparatının şöbələrindən biri "Elm və təhsil" şöbəsidir.[7][8]

AMEA-nın Rəyasət Heyəti aparatının şöbələrindən digəri "İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya", "Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş" şöbələridir.[9]

19 yanvar 2023-ci ildə AMEA-nın Rəyasət Heyətinin aparatında sənədlərin elektron dövriyyəsi sisteminin yaradılması, informasiya texnologiyalarından istifadənin imkanlarının elmdə və idarəetmədə genişləndirilməsi, kibertəhlükəsizliyinin təmin edilməsi və s. ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti aparatının strukturunda əlavə maliyyə vəsaiti və ştatlar tələb olunmadan daxili imkanlar hesabına “Elektron Akademiya” şöbəsi yaradılıb.[10][11]

Remove ads

Üzv olduğu və əməkdaşlıq etdiyi təşkilatlar

AMEA-nın təşəbbüsü və təşkilatçılığı ilə vaxtaşırı beynəlxalq elmi müşavirə və konfranslar keçirilir. Akademiya alimlərinin 604 kitabı, 4208 məqaləsi çap olunmuşdur, bunlardan 2427-si impaktfaktorlu elmi jurnallarda dərc edilmişdir. AMEA bir çox nüfuzlu beynəlxalq elmi təşkilatların üzvüdür, onun əməkdaşları MDB ölkələri, ABŞ, Yaponiya, İsrail, İsveçrə, İngiltərə, Almaniya, Pakistan, Türkiyə, İran və başqa ölkələrin aparıcı elm və təhsil müəssisələri ilə birgə proqram çərçivəsində tədqiqatlar aparır, kadr və informasiya mübadilələrində iştirak edirlər.[4]

  • 10 aprel 2023-cü ildə Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin geniş tərkibdə görüşü olmuşdur və Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyası və Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmışdır. Sənədi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli və “Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası” Respublika İctimai Birliyinin prezidenti, akademik Murat Jurinov imzalayıblar.[13]
  • 5 iyul 2023-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası ilə Bolqarıstan Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqavilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və Bolqarıstan EA-nın prezidenti, akademik Yulian Revalski tərəfindən imzalanmışdır.[14]
  • Beynəlxalq Elmi Şuranın (ISC) tamhüquqlu üzvüdür.[16]
  • 23 iyul 2024-cü ildə AMEA Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasına (IAP) üzv seçilib.[17] Tam üzvlük sertifikatı 2025-ci ildə keçiriləcək növbəti IAP Baş Assambleyası tərəfindən təqdim olunacaqdır.[18]
Remove ads

Strukturu

Thumb
Azərbaycanın Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası (İsmailiyyə Sarayı)

Elmi bölmələri

  • Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi;
  • Kimya Elmləri Bölməsi;
  • Yer Elmləri Bölməsi;
  • Biologiya və Tibb Elmləri Bölməsi;
  • Humanitar Elmlər Bölməsi;
  • İctimai Elmlər Bölməsi.

İnstitutları

Regional bölmələri

  1. AMEA Naxçıvan bölməsi
  2. AMEA Gəncə bölməsi

Regional elmi mərkəzləri

Thumb
1892-1904-cu illərdə Bakının baş memarı olmuş İ.V.Qoslavski tərəfindən tikilmiş AMEA Əlyazmalar İnstitutunun binası
  1. AMEA Şəki Regional Elmi Mərkəzi
  2. AMEA Lənkəran Regional Elmi Mərkəzi
  3. AMEA Quba Regional Elmi Mərkəzi

Tərkibindəki ictimai təşkilatlar

  1. Gənc Alim və Mütəxəssislər Şurası
  2. Qadınlar şurası
  3. Birləşmiş Veteranlar Şurası
  4. Azad Həmkarlar İttifaqı

Prezidentlər

Aşağıdakı siyahıda Azərbaycan Elmlər Akademiyasının yarandığı gündən bu günə kimi bütün prezidentlərinin siyahısı verilmişdir.

Əlavə məlumat #, Prezidentin adı ...

Vitse-prezidentləri

Remove ads

AMEA-nın 80 illiyi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 mart 2025-ci ildə "Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında" Sərəncam imzalayıb.[21]

Sərəncamda qeyd olunur ki, 2025-ci ildə ölkənin ali elmi təşkilatının – "Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 ili tamam olur. Azərbaycan Milli Elmlər Akademiyası yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin bir yol keçmiş, respublikanın elmi-intellektual potensialını milli sərvətə çevirən mərkəz kimi tanınıb. Akademiyanın ötən müddət ərzindəki səmərəli fəaliyyətinin əsasında elmin zamanın tələblərinə uyğun prioritet problemlərinin araşdırılması, ən müxtəlif elmi istiqamətlər üzrə yüksək hazırlıqlı kadrların yetişdirilməsi, elmi məktəblərin formalaşdırılması və nüfuzlu beynəlxalq elm qurumları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi prinsipləri dayanmışdır. Bu gün də Akademiya elm sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak edir, sosial-humanitar tədqiqatlarla cəmiyyətin yeni biliklərə yiyələnməsi və elmi-mədəni səviyyəsinin yüksəldilməsi işinə töhfələr verir".[21]

Akademiyanın prezidenti akademik İsa Həbibbəyli 80 illik yubileylə bağlı Rəyasət Heyətindəki xüsusi iclasında vurğulayıb ki, "80 illik tarixi ərzində tarixi ərzində bu günə qədər Elmlər Akademiyasının yubileylərinin yalnız 3 dəfə qeyd edilmişdir. İlk dəfə 1975-ci il ildə, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qayğısı sayəsində 1975-ci ildə Akademiyanın 30 illik yubileyi qeyd olunub. Sonrakı mərhələdə isə Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə 2005 və 2015-ci illərdə AMEA-nın 60 və 70 illik yubileylərinin dövlət səviyyəsində keçirildiyini qeyd edib".[22]

Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək.[23] Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.[21]

Remove ads

Ermənistan və ermənilər haqqında bəyanatlar

AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru olan Yaqub Mahmudovun sözlərinə görə, 1918-ci ilə qədər “Cənubi Qafqazda heç vaxt erməni dövləti olmamışdır”.[24] Mahmudovun fikrincə, İlham Əliyevinİrəvan bizim [Azərbaycanın] tarixi torpağımızdır və biz, azərbaycanlılar, bu tarixi torpaqlara qayıtmalıyıq” ifadəsi “tarixi faktlara” və “tarixi reallığa” əsaslanır.[24] Mahmudov həmçinin qeyd etmişdir ki, ermənilərin regionda ən qədim xalq olduqları iddiası təbliğata əsaslanır və iddia etmişdir ki, ermənilər regionun yerli əhalisi deyildirlər, yalnız XIX əsrin birinci yarısında Rusiya imperiyasının İran və Osmanlı üzərində qələbələrindən sonra bu əraziyə köçürülmüşdürlər.[24] İnstitut direktoru həmçinin əlavə etmişdir:[24]

" Azərbaycan əsgəri bilməlidir ki, təxribatçı ermənilərin ayaqları altında olan torpaq Azərbaycan torpağıdır. Düşmən heç vaxt Azərbaycan torpağında azərbaycanlıları məğlub edə bilməz. Bu gün Ermənistan dövlətini idarə edənlər siyasi kurslarını köklü şəkildə dəyişməlidirlər. Ermənilər bizim tarixi şəhərimiz olan İrəvanda oturmaqla bizi məğlub edə bilməzlər. "
Remove ads

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads