Azərbaycan kinosu-80 (film, 1996)
From Wikipedia, the free encyclopedia
Remove ads
Azərbaycan kinosu-80 qısametrajlı sənədli filmi rejissor Cəmil Fərəcov tərəfindən 1996-cı ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Azərbaycan milli kinosunun 80 illiyi ilə əlaqədar bir növ kinomuzun salnaməsi səpgisində çəkilmiş və görkəmli kino xadimlərinin yaradıcılıq bəhrələrinə həsr edilmişdir.
Remove ads
Məzmun
Film Azərbaycan milli kinosunun 80 illiyi ilə əlaqədar bir növ kinomuzun salnaməsi səpgisində çəkilmiş və görkəmli kino xadimlərinin yaradıcılıq bəhrələrinə həsr edilmişdir.[1]
Filmdə kinorejissor Muxtar Dadaşov "Arşın Mal Alan" kinokomediyasının çəkilişlərindən söhbət açır. Kinoaktrisa Leyla Bədirbəyli, kinorejissorlardan Tofiq Tağızadə, Şamil Mahmudbəyov, Rasim Ocaqov və başqa sənətkarlar müsahibə verir, kinomuzun gələcəyi ilə bağlı məsələlərdən danışırlar. Biz ekranda kino ustalarından Əlisəttar Atakişiyevi, Arif Babayevi, Arif Nərimanbəyovu, Lətif Səfərovu, Eldar Quliyevi, Rüstəm İbrahimbəyovu, Oqtay Mirqasımovu, Xamis Muradovu görürük.[1]
Remove ads
Filmin üzərində işləyənlər
Ssenari müəllifi: Toğrul Cuvarlı, Cəmil Fərəcov
Rejissor: Cəmil Fərəcov
Operator: Sərdar Vəliyev
İstinadlar
Həmçinin bax
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads