Azad Systems

From Wikipedia, the free encyclopedia

Remove ads

Azad Systemspilotsuz uçuş aparatları istehsal edən İsrailAzərbaycan birgə şirkəti.

Cəld faktlar Ümumi məlumatlar, Tipi ...

Tarixi

2009-cu ildə[1] İsraillə Azərbaycan arasında Azərbaycanda PUA istehsalı zavodunun tikintisinə dair saziş imzalanmışdır. 2011-ci ilin mart ayında İsrailin "Aeronautics Defense Systems" şirkətinin yardımı ilə müəssisə "AZAD Systems Co." adı ilə istifadəyə verilmişdir. Azərbaycanın bundan əvvəl Aerostar pilotsuz uçuş aparatları satın almışdı.[2] Həmin andan şirkət "Qaranquş" adı ilə "Orbiter" 2M və "Şahin" adı ilə "Aerostar" istehsalına başlamışdır.[3][4] Müəssisənin 30% lokallaşma səviyyəsinə çatması planlaşdırılırdı. Şirkət istehsal olunan PUA-ların sayı ilə bağlı rəsmi məlumat verməsə də, 2020-ci ildə Qarabağda hərbi əməliyyatların başlanmasına qədər "Şahin" PUA-larının yan nömrələrinə əsasən, azı 60 ədəd istehsal edilmişdir.[5]

2014-cü ildə müəssisədə istehsalına başlanılan yeni "Orbiter 3" taktiki pilotsuz uçan aparatı təqdim edildi. 2016-cı ildə Qarabağda lokal eskalasiya zamanı bu PUA-lardan biri Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulan avadanlıqlar arasında aşkar edilmişdir.[2] 2020-ci ildə hərbi əməliyyatların başlanğıcında istehsal edilən "Orbiter 3" pilotsuz təyyarələrinin sayı yüzlərlə idi.[5]

2017-ci ildə "Azad Systems" şirkəti "Zərbə 1K" adlandırılan "Orbiter 1K" kamikadze PUA istehsalına başlamışdır. İsraildən alınmış və Azərbaycanda istehsal olunan "Orbiter 2M", "Orbiter 1K" və "Orbiter 3" pilotsuz təyyarələri 2020-ci ilin iyulunda baş tutmuş Tovuz döyüşləri zamanı Azərbaycan tərəfi tərəfindən istifadə edilmişdir.[5]

Remove ads

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads