AzeCON

From Wikipedia, the free encyclopedia

AzeCON
Remove ads

AzeCON və ya Azərbaycan Anime Konvensiyası – 2014-2019-cu illərdə Azərbaycanda təşkil olunmuş illik anime konvensiyası. Azərbaycanda ilk və tək anime konvensiyası idi.[1] Konvensiyada kospley aparıcı yer tuturdu. Məqsəd anime, manqa/komiks və müasir Yaponiya mədəniyyətinin bütün tərəfdarlarını bir yerə toplamaq olmuşdur. İndiyə qədər yeddi AzeCON tədbiri keçirilmişdir. 2022-ci ildə ləğv olunduğu açıqlanıb.

Cəld faktlar Status, Janr ...

Əvvəlcə hər il yayqış mövsümləri olmaqla iki dəfə keçirilməsi nəzərdə tutulsa da, daha sonra ildə bir dəfə keçirilməyə başlamışdır. Əsas tədbirlə yanaşı hər ilin oktyabrında növbədənkənar Hellovin tədbiri də təşkil olunurdu.

Anime konvensiyada təqdim olunan əyləncələr: karaoke, just dance, xəzinə ovu, səhnə şousu, yapon şirniyyatlarının satıldığı anime cafe, kompüter oyunları, maraqlı stendlər, kospley yarışması, fotosessiya və s.[1] Kospley yarışması iki nominasiyada keçirilirdi: individual və komanda.[2]

Konvensiyanın talismanı Ayna adlı qız anime personajı idi.[3]

Remove ads

Keçirilmiş tədbirlər

Əlavə məlumat Ad, Tarix ...
Remove ads

Qeydlər

  1. 26 aprel 2020-ci ildə keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyası səbəbi ilə tədbir ləğv olunub.

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads