Azercell
From Wikipedia, the free encyclopedia
Remove ads
Azercell — (Azercell Telekom" MMC) Azərbaycanın dövlət telekommunikasiya şirkəti.
![]() | Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|

Remove ads
Haqqında
"Azercell Telekom" MMC 1996-cı ildə təsis edilib. "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik" strateji məqsədinə doğru irəliləyən Azercell-in xidmətləri 5 milyondan çox abunəçinin seçimidir. Şirkətin bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi 94,50%, ölkə əhalisi üzrə əhatə dairəsi 98,35% təşkil edir. Azercell-in ümumi LTE stansiyalarının sayı 3400-ü ötüb.
2020-ci ildə Azercell ölkədə və MDB məkanında beynəlxalq 2020-ci ildə Azercell ölkədə və MDB məkanında beynəlxalq "Investors In People" İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkət oldu. Beynəlxalq Biznes STEVIE Mükafatlarının "İlin kommunikasiya şirkəti" və "İlin ən innovativ şirkəti" nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq, Azərbaycanda Qızıl Stevie mükafatı alan yeganə şirkətdir. Azercell EN15838 (müştərilərlə əlaqələrin yüksək səviyyəsinə zəmanət) beynəlxalq standartına sahibdir.
"Azercell Telekom" BM 1996-cı ilin yanvarında təsis edilib və həmin ilin dekabrın 15-də Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlayıb. Şirkətin ilk təsisçiləri Türkiyənin "Türkcell İletişim Hizmetleri A. Ş." şirkəti və Azərbaycan Respublikasının Rabitə Nazirliyi olub. Azercell beynəlxalq Telia Company şirkətlər qrupunun tərkibində olub.
2008-ci ildən Azercell şirkətinin sərmayədarı Türkiyənin "Azertel Telekomünikasyon ve Yatırım Dış Ticaret A. Ş," şirkəti olub.[1]
Payları tam olaraq Azərbaycan dövlətinə məxsus olan "Azerbaijan International Telecom" (AzInTelecom) Məhdud Məsuliyyətli Cəmiyyəti və Niderland qanunvericiliyinə əsasən yaradılmış "Fintur Holdings B. V." şirkəti arasında 5 mart 2018-ci ildə Türkiyədə təsis edilmiş və "Azercell Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətin yeganə təsisçisi olan "Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A. Ş." ("Azertel") şirkətinin 51,3% səhmlərinin alınması barədə müqavilə imzalanmışdır.[2][3][4]
Əhatə dairəsi və rominq
Fəaliyyəti ərzində Azercell-in əhatə dairəsinə əhalinin 98,8035%, respublika ərazisinin isə 94,450% daxil edilib. 2022–2023-cü illər ərzində həyata keçirilmiş şəbəkənin irimiqyaslı genişləndirilməsi və modernləşdirilməsi layihəsi çərçivəsində Bakı Metropoliteninin bütün metropolitenin bütün 24 stansiyası və tunelləri 4G şəbəkəsi ilə əhatə olunub.
Fakturalı xətt abunəçiləri üçün dünyanın 166 ölkəsinin 413 mobil rabitə operatorları ilə rouminq müqavilələri bağlanıb, SimSim abunəçiləri isə 109 ölkədə 251 operatorun xidmətindən istifadə edə bilər.
Remove ads
Statistika
Abunəçi sayı
Ən böyük müştəri bazasına malik Azercell 5.000.000-dan çox abunəçiyə xidmət göstərir
Bazar payı
"Azercell Telekom" MMC-nin Azərbaycanın mobil telekommunikasiya bazarındakı payı hal-hazırda 49% təşkil edir.
Dövlət büdcəsinə ödənişlər
Ölkənin ən iri vergi ödəyicilərindən biri olan Azercell 2023-cü ildə dövlət büdcəsinə təqribən 167 milyon manat, 27 il ərzində isə ümumilikdə təxminən 2.4 milyard manat ödəniş edib.
Şirkət ölkədə telekommunikasiya sahəsinin inkişafına 94 milyon ABŞ dolları, 1996–2023-cü illər ərzində isə 1,9 milyard ABŞ dolları həcmində sərmayə yatırıb.
Remove ads
Tarixi
Azercell-in tarixində həlledici anlar:
1996 |
|
1997 |
|
1998 |
|
1999 |
|
2000 |
|
2001 |
|
2002 |
|
2003 |
|
2004 |
|
2005 |
|
2006 |
|
2007 |
|
2008 |
|
2009 |
|
2010 |
|
2011 |
|
2012 |
|
2013 |
|
2014 |
|
2015 |
|
2016 |
|
2017 |
|
2018 |
|
2019 |
|
2020 |
|
2021 |
|
2022 |
|
2023 |
|
Remove ads
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads