Bəxtiyar Vahabzadə

Azərbaycan şairi və siyasətçisi From Wikipedia, the free encyclopedia

Bəxtiyar Vahabzadə
Remove ads

Bəxtiyar Vahabzadə (16 avqust 1925, Nuxa13 fevral 2009, Bakı) — Azərbaycan şairi, dramaturq və ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1945-ci ildən), Azərbaycan SSR xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2000), SSRİ (1984) və Azərbaycan SSR dövlət mükafatları laureatı (1976).

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Remove ads

Həyatı

Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1934-cü ildə, 9 yaşı olduğunda onun ailəsi Bakıya köçmüşdür. Burada orta məktəbi qurtarandan sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır (1942–1947). Universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951). Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlamışdır. O zamandan dövri-qədim mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır.

Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" və "Rəqabət" (1960–2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq disertasiyası müdafiə etmişdir (1964). 1950-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində müəllim, dosent və Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır. 1990-cı ildə təqaüdə çıxmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000) seçilmişdir. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. O həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqqallar Şurasının üzvü idi (1991). Azərbaycan KP Bakı Şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X, XIXII çağırış Azərbaycan Ali Sovetinə (1991–1995-ci illərdə Azərbaycan Respublikası Ali Soveti Milli Şurası (Milli Məclisinin) üzvü[1]), 1995 və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.

Bəxtiyar Vahabzadə 1960-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur. Bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra işə bərpa edilmişdir. (Zəruri qeyd: professor Şirməmməd Hüseynov Bəxtiyar Vahabzadənin işdən çıxarılmadığını bildirir: "Bəxtiyarı işdən çıxara bilməzdilər, çünki bu, ciddi ajiotaja səbəb ola bilərdi. Məcburən onu doktorluq müdafiəsi üçün elmi məzuniyyətə göndərdilər). Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, irihəcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir.

B. Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.

Xalqı oyandırmaq məqsədilə əsərlərini qələmə alan Bəxtiyar Vahabzadə şeirlərində vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin məzmunlarla izah etmişdir.

Vahabzadənin şeirlərinə baxdığımızda gözə dəyən ilk mövzu vətən sevgisi olmaqdadır.[2]

Thumb
Bəxtiyar Vahabzadənin Fəxri Xiyabanda qəbirüstü abidəsi. 2013-cü il

2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.[3]

Ailəsi

Oğlu İsfəndiyar Vahabzadə Azərbaycan Respublikasının Belarusdakı səlahiyyətli və fövqəladə səfiri işləmişdir.[4]

Bəxtiyar Vahabzadənin doğma atası Zəkəriyyə Vahab oğlu, anası isə türk-müsəlman qadını Xanım Məcid qızı olmuşdur. Onların üçüncü övladı olan Bəxtiyarı övladı olmayan Mahmud Zəkəriyyə oğlu Vahabov və həyat yoldaşı Gülzar Allahverdi qızı himayəyə götürmüşdür. Jurnalist Şirməmməd Hüseynovun iddiasına görə Gülzar xanım 1905-ci il erməni-müsəlman qırğınları zamanı Vartaşendən (sonralar Oğuz rayonunun Söyüdlü kəndi) Şəkiyə gətirilmiş, müsəlman mühitində böyümüş və sonradan Mahmudla ailə qurmuş erməniəsilli qadın olmuşdur. Bu səbəbdən Bəxtiyar uşaqlıqdan Zəkəriyyəni babası, Xanımı nənəsi, Gülzar xanımı isə anası kimi tanımışdır.[5][6][7]

Remove ads

Təltif və mükafatları

Remove ads

Xatirəsi

Azərbaycanda

Xaricdə

Əsərləri

  • Mənim dostlarım. Bakı: Azərnəşr, 1949, 65 səh.
  • Bahar. Bakı: Uşaqgəncnəşr, 1950, 49 səh.
  • Ədəbi heykəl. Bakı: Azərnəşr, 1951, 60 səh.
  • Dostluq nəğməsi. Bakı: Uşaqgəncnəşr, 1953, 63 səh.
  • Çinar. Bakı: Uşaqgəncnəşr, 1956, 62 səh.
  • Sadə adamlar (poema). Bakı: Azərnəşr, 1956, 124 səh.
  • Xalq şairi Səməd Vurğun. Bakı: ADU-nun nəşriyyatı, 1956, 129 səh.
  • Ceyran. Bakı: Uşaqgəncnəşr, 1957, 163 səh.
  • Aylı gecə. Bakı: Azərnəşr, 1958, 127 səh.
  • Şəbi hicran. Bakı: Uşaqgəncnəşr, 1959, 89 səh.
  • Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1961, 273 səh.
  • Etiraf; Şəbi hicran. Bakı: Uşaqgəncnəşr, 1962, 187 səh.
  • İnsan və zaman. Bakı: Azərnəşr, 1964, 228 səh.
  • Bir ürəkdə dörd fəsil. Bakı: Azərnəşr, 1966, 236 səh.
  • Seçilmiş əsərləri. Bakı: Gənclik, 1967, 411 səh.
  • Səməd Vurğun. Bakı: Azərnəşr, 1968, 346 səh.
  • Köklər-budaqlar. Bakı: Gənclik, 1968, 134 səh.
  • Dəniz-sahil. Bakı: Gənclik, 1969, 142 səh.
  • Dörd yüz on altı. Bakı: Gənclik, 1970, 133 səh.
  • Bir baharın qaranquşu. Bakı: Gənclik, 1971, 168 səh.
  • Dan yeri. Bakı: Gənclik, 1973, 260 səh.
  • Seçilmiş əsərləri (2 cilddə). I c. Bakı: Azərnəşr, 1974, 283 səh.
  • Seçilmiş əsərləri (2 cilddə). II c. Bakı: Azərnəşr, 1975, 250 səh.
  • Sənətkar və zaman. Bakı: Gənclik, 1976, 298 səh.
  • Açıq söhbət. Bakı: Gənclik, 1977, 173 səh.
  • Sadəlikdə böyüklük. Bakı: Yazıçı, 1978, 335 səh.
  • Açılan səhərlərə salam. Bakı: Yazıçı, 1979, 230 səh.
  • Pyeslər. Bakı: Gənclik, 1980, 355 səh.
  • Payız düşüncələri. Bakı: Yazıçı, 1981, 365 səh.
  • Muğam. Bakı: Yazıçı, 1982, 132 səh. (ərəb əlifbası ilə)
  • Vətən ocağının istisi. Bakı: Gənclik, 1982, 181 səh.
  • Seçilmiş əsərləri (2 cilddə). I c. Bakı: Yazıçı, 1983, 425 səh.
  • Seçilmiş əsərləri (2 cilddə). II c. Bakı: Yazıçı, 1984, 448 səh.
  • Səməd Vurğun. Bakı: Gənclik, 1984, 377 səh.
  • Özümüzlə söhbət. Bakı: Azərnəşr, 1985, 264 səh.
  • Dərin qatlara işıq (məqalələr). Bakı: Yazıçı, 1986, 318 səh.
  • Axı dünya fırlanır. Bakı: Yazıçı, 1987, 204 səh.
  • Gəlin açıq danışaq. Bakı: Azərnəşr, 1988, 210 səh.
  • Lirika. Bakı: Azərnəşr, 1990, 214 səh.
  • Ümidə heykəl qoyun. Bakı: Yazıçı, 1993, 124 səh.
  • Vətəndaş. Bakı: Gənclik, 1994,
  • Fəryad. Bakı: Azərbaycan, 1995,
  • Körpü çaydan uzaq düşüb. Bakı: Azərbaycan, 1996,
  • Bir ömür yuxu. Bakı: Azərbaycan, 1998,
  • İstiqlal. Bakı: Gənclik, 1999,
  • Ağıl başqa, ürək başqa. Bakı: Azərbaycan, 2000,
  • Ağ atlı oğlan. Bakı: Təhsil, 2002,
  • Əsərləri (I c.). Bakı: Azərbaycan, 2001, 544 səh.
  • Əsərləri (II c.). Bakı: Azərbaycan, 2002, 576 səh.
  • Əsərləri (III c.). Bakı: Azərbaycan, 2002,512 səh.
  • Əsərləri (IV c.). Bakı: Çaşıoğlu, 2002, 608 səh.
  • Əsərləri (V c.). Bakı: Çaşıoğlu, 2002, 504 səh
  • Ana hədiyəsi
Remove ads

Filmoqrafiya

  1. Akademik Yusif Məmmədəliyev (film, 2005)
  2. Azərbaycan naminə (film, 2005)
  3. Bakı bağları. Buzovna (film, 2007)
  4. Bəxtiyar Vahabzadə (film, 1987)
  5. Bəxtiyar Vahabzadə (film, 2003)
  6. Bizim qəribə taleyimiz (film, 2005)
  7. Böyük ömrün anları (film, 2006)
  8. Dünya şöhrətli məzun (film, 2003)
  9. Habil Kaman (film, 1984)
  10. İstiqlal şairi (film, 1996)
  11. Kamil (film, 1997)
  12. Qəmbər Hüseynli (film, 2007)
  13. Qisas (film, 1991)
  14. Qızlar (film, 2007)
  15. Liderlik missiyası. 1-ci hissə (film, 2008)
  16. Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2011)
  17. Mətbuat fədaisi (film, 2007)
  18. Mirzə Babayev (film, 2001)
  19. Muğam (film, 1995)
  20. Muğamat var olan yerdə... (film, 2009)
  21. Toğrul Nərimanbəyov (film, 1966)
  22. Türkün ulusu. Xəlil Rza Ulutürk (film, 2015)
  23. Zirvəyə doğru (film, 2007)
Remove ads

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads