Benzol

From Wikipedia, the free encyclopedia

Benzol
Remove ads

Benzol (C6H6) — üzvi maddələr sinfinə daxil olan özünəməxsus, xoş, şirintəhər iyə malik, şəffaf maye. Benzol bəzən Benzen adı ilə də səslənir.

Cəld faktlar Ümumi, Kimyəvi formulu ...
Remove ads

Tarix

Thumb
Benzol

1865-ci ildə Alman alimi Fridrix Avqust Kekule (Bonn Universitetini bitirmişdir) benzola tsikloheksatrien (C6H6) kimi quruluş vermişdir.[3] Sonralar benzol üçün daha bir sıra quruluşlar təklif olunmuşdur. Kekule formulundan bu günə kimi istifadə olunmasına baxmayaraq, o, benzolun xassələrini tam əks etdirmir.[4][5][6] Belə ki, Kekule formulu benzolun birləşmə reaksiyasına daxil olmasını izah etdiyi halda, benzol üçün birləşmə reaksiyasının deyil, əvəzlənmə reaksiyasının xarakter olması, onun termodinamik və oksidləşdiricilərə qarşı davamlığı izah olunmamış qahrdı. Digər tərəfdən Kekule formuluna görə benzolun izomerdən 1,2-diəvəzli törəmələri ikidən ibarət olmalıdır. Lakin belə izomerlərin olması heç vaxt müşahidə olunmamışdır. Kekule bunu düzgün olaraq benzolda ikiqat əlaqələrin osillasiyası (yerlərini dəyişməsi) ilə izah edirdi.

Hazırda müxtəlif üsullarla təsdiq edilmişdir ki, benzol molekulu koplanardır,yəni benzolda bütün atomlar bir müstəvi üzərində yerləşir və karbon atomlarındakı qoşulmuş π-elektron orbitalları həmin müstəviyə perpendikulyardır.

Remove ads

Maraqlı faktlar

  • Əfsanəyə görə, Kekule Benzolun formulunu 1862-ci ildə yuxuda görmüşdür. O, yuxuda öz quyruğunu dişləyən ilan gördükdən sonra formulu fikirləşmişdir.[3]

Kimyəvi xassələri

Benzol üçün xarakterik reaksiyalar:

  • Alkenlərlə qarşılıqlı təsiri nəticəsində etilbenzol və kumol alınır:
  • xlorbenzol əmələ gətirmək üçün katalizatorun iştirakı ilə xlor və brom ilə qarşılıqlı təsir ( elektrofil əvəzetmə reaksiyası):
  • Katalizator olmadıqda qızdırılma və ya işıqlandırma zamanı heksaxlorosikloheksan izomerlərinin qarışığının əmələ gəlməsi
  • Oleum məhlulunda benzol bromla reaksiyaya girdikdə heksabromobenzol əmələ gəlir:
  • Alkanların halogen törəmələri ilə alkilbenzolların əmələ gəlməsi ilə qarşılıqlı əlaqə (benzol alkilləşməsi, Friedel-Krafts reaksiyası):
Thumb
  • Friedel-Crafts asilləşmə reaksiyası
Thumb


  • Formilləşmə reaksiyası, benzolun CO və HCl qarışığı ilə qarşılıqlı təsiridir, yüksək təzyiqdə və katalizatorun təsiri altında davam edir, reaksiya məhsulu benzaldehiddir:
  • Sulfonlaşma və nitrollaşma reaksiyaları (elektrofil əvəzetmə):
  • Benzolun hidrogenlə azaldılması (katalitik hidrogenləşmə):
Remove ads

Benzolun oksidləşməsi

Benzol, strukturuna görə, oksidləşməyə çox davamlıdır

Thumb
  • Ozonolaşma reaksiyası.
Thumb

Reaksiya nəticəsində dialdehid - qlioksal (1,2-etandial) əmələ gəlir.

  • Yanma reaksiyası. Benzolun yanması oksidləşmənin məhdudlaşdırıcı halıdır. Benzol çox alovlanır və havada yüksək dumanlı alovla yanır (hər molekulda 92%-ə qədər karbon var):
Remove ads

Ədəbiyyat

  • Энциклопедический словарь юного химика / Сост. В. А. Крицман, В. В. Станцо. — М.: Педагогика, 1982. — 368 с., ил.
  • Настольная книга учителя химии 10 класс/О. С. Габриелян, И. Г. Остроумов. — М.:Дрофа, 2004 г.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads