Buk (zenit-raket kompleksi)

From Wikipedia, the free encyclopedia

Buk (zenit-raket kompleksi)
Remove ads

Buk zenit-raket kompleksi ilk dövrlərdə Sovet İttifaqı, sonradan isə davamçı ölkələrdən biri olan Rusiya Federasiyası tərəfindən istehsal olunan özüyeriyən, orta mənzilli zenit-raket kompleksidir. Qanadlı raketlər, ağıllı bombalar, təyyarə, helikopter, həmçinin pilotsuz uçuş aparatı kimi hava hədəflərinə qarşı mübarizə aparmaq məqsədilə dizayn olunmuşdur.[1]

Cəld faktlar 9K37 Buk, Tipi ...

Bu sistem özündən əvvəl istehsal olunan "Kub" zenit-raket komplekslərini əvəz etmək məqsədilə silahlanmaya qəbul olunmuşdur.[2] Seriyalı istehsal olunan ilk "Buk" kompleksləri ABŞ Müdafiə Nazirliyi tərəfindən SA-11 adı ilə tanınır.

NATO kod adı Grizzly olan və ABŞ Müdafiə Nazirliyi tərəfindən SA-17 adı ilə tanınan, yeni raketlərlə təchiz olunan növbəti variantlar isə "Buk-M1-2" və "Buk-M2" idi. 2013-cü ildə bu sistemin ən yeni variantı olan "Buk-M3" seriyalı istehsala hazırlanmışdır.[3]

Rusiya Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulan dəniz versiyası 2014-cü ildən etibarən silahlanmaya qəbul olunub.[4]

Remove ads

Döyüş tətbiqi

Thumb
Buk-M1-2 hava hücumundan müdafiə sistemi 2010-cü ildə

Abxaz separatçılarının verdiyi məlumata görə 2008-ci il may ayının əvvəllərində "Buk" zenit-raket kompleksi vasitəsilə Gürcüstan Hərbi Hava Qüvvələrinə məxsus dörd ədəd pilotsuz uçuş aparatı məhv edilmişdir.[5]

Bəzi məlumatlara görə 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş vermiş qısamüddətli hərbi toqquşma zamanı Gürcüstan Silahlı Qüvvələrinə məxsus "Buk" zenit-raket kompleksləri vasitəsilə Rusiya Hərbi Hava Qüvvələrinə aid üç ədəd Su-25 qırıcısı və bir ədəd Tu-22M strateji bombardmançı təyyarəsi məhv edilmişdir.[6] ABŞ rəsmiləri də bu məlumatı təsdiqləmişdir. Bəzi analitiklərə görə qısamüddətli döyüşlər zamanı özünə nisbətən xeyli zəif olan gürcü qoşunlarına qarşı dörd təyyarəni itirmək Rusiya üçün böyük ziyan sayılmalıdır.[7] Münaqişə ərzində Rusiyanın sahib olduğu radioelektron mübarizə sistemləri gürcülərin sahib olduğu hava hücumundan müdafiə sistemlərinin qarşısını almaqda aciz qaldı ki, bu da Rusiya tərəfinin hava döyüşlərində ciddi itkilərlə üzləşməsinə səbəb oldu.[8] Gürcüstan tərəfindən müharibədə istifadə olunan "Buk" kompleksləri Ukraynadan satın alınmışdı.[9]

17 iyul 2014-cü ildə Ukraynanın şərqində Malayziya Hava Yolları reys 17 üzrə uçuş həyata keçirən "Boeing 777-200ER" təyyarəsi rusyönümlü separatçılar tərəfindən idarə olunan "Buk" zenit-raket kompleksi ilə vurularaq məhv edilib. Nəticədə, 298 nəfər mülki şəxs həlak olub.[10][11]

14 aprel 2018-ci ildə ABŞ, Böyük Britaniya və Fransa hərbi qüvvələri Suriya ərazisində yerləşən 8 hədəfə 105 "hava-səth" tipli bomba və qanadlı raketlərlə hava hücumu təşkil etmişdir. Rusiya mənbələrinin verdiyi məlumata görə "Buk-M2E" zenit-raket kompleksindən buraxılan 29 raketlə 24 hədəf uğurla məhv edilmişdir.[12] Buna baxmayaraq, ABŞ Müdafiə Nazirliyi hücumda iştirak edən müttəfiqlərə məxsus heç bir raketin vurulmadığını açıqlamışdır.[13]

Remove ads

İstifadəçilər

Thumb
Buk zenit-raket kompleksinin hal-hazırkı istifadəçiləri mavi, keçmiş istifadəçiləri isə qırmızı rəngdə göstərilmişdir
Thumb
9K37 Buk Azərbaycan Silahlı Qüvvələrinin xidmətində
  • Azərbaycan Azərbaycan: 2012-ci ilə olan məlumata görə 3 divizion "Buk-M1" zenit-raket kompleksi.[14] Sonradan, bəzi komplekslər Belarus tərəfindən "Buk-MB" səviyyəsində modernizasiya olunub.[15]
  • Belarus Belarus: 12 batareya[16]
  • Rusiya Rusiya: 2016-cı ilə olan məlumata görə 440-dan çox "Buk" və "Buk-M2" kompleksi (350-si Rusiya Quru Qoşunları, 80-i Rusiya Aerokosmik Qüvvələrinin silahlanmasındadır). 2020-ci ilə qədər silahlanmada olan "Buk"ların 70%-i modernizasiya olunmuş "Buk-M2" səviyyəsinə çatdırılacaq.[17][18] 2016-cı ildə ilk "Buk-M3" silahlanmaya qəbul edilib.[19] 2017-ci ilin dekabr ayına olan məlumata görə üç zenit-raket briqadası tam olaraq "Buk-M3"lə komplektləşdirilib.[20]
  • Venesuela Venesuela: 20 kompleks sifariş olunub[21]
  • Kipr Kipr[22]
  • Gürcüstan Gürcüstan: 1-2 divizion "Buk-M1"[23]
  • Misir Misir: "Buk-M1" və "Buk-M2" variantları[24]
  • Suriya Suriya: 8 kompleks "Buk-M2E" kompleksi 2011-ci ildə Rusiyadan idxal olunub. Ümumilikdə, 20-yə yaxın "Buk-M1" və "Buk-M2" silahlı qüvvələrin silahlanmasında mövcuddur.[25]
  • Ukrayna Ukrayna: 2016-cı ilə olan məlumata görə 72 kompleks "Buk-M1".[26] Ehtiyatda saxlanılan sistemlərin "Buk-M1-2" səviyyəsində modernizasiya olunması planlaşdırılır.[27]
Remove ads

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads