Cəlal Qurbanov

Azərbaycan şairi From Wikipedia, the free encyclopedia

Cəlal Qurbanov
Remove ads

Cəlal Cavanşir oğlu Qurbanov-Mir Cəlal (19 mart 1980, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, Prezident təqaüdçüsü, "Fire Land Group"-un rəhbəri, Milli Güləş Federasiyasının prezidenti (2021–2023)[1]. 2001–2023 DGK Gömrük Xidməti polkovniki.[2]

Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Remove ads

Həyatı

Qurbanov Cəlal Cavanşir oğlu 19 mart 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Yasamal rayonunda yerləşən 21 saylı orta məktəbin birinci sinfinə daxil olub. 1996-cı ildə həmin məktəbin 11-ci sinfini bitirib, "Təfəkkür" Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. 2000-ci ildə həmin universiteti birinci kursunu müvəffəqiyyətlə bitirib Dövlət Neft Akademiyasından zəmanət götürərək, könüllü olaraq hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra təhsilini davam etdirib. 2003-cü ildə ADNA-nın Neftin sənayesi və Ekologiyası ixtisası üzrə magistr pilləsini bitirmişdir. 2005-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasına "İnzibati idarəetmə" fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil almaq üçün qəbul olunmuş və 2008-ci ildə bitirmişdir. 2001–2023-cü illərdə DGK Bakı Baş Gömrük İdarəsidə Gömrük Xidməti Polkovniki vəzifəsində çalışmışdır.[3]

Sərbəst Güləş üzrə idman ustalığına namizəddir. 2021–2023-cü illər ərzində Milli Güləş Federasiyasının prezidenti olaraq fəaliyyət göstərmişdir. 15 fevral 2021-ci ildə Azərbaycan Milli İdman Növləri Assosiasiyasının vitse-prezidenti seçilib.[4]

Remove ads

Fəaliyyəti

Əmək fəaliyyəti

15.01.2001–24.07.2001-ci illərdə Azərbaycan Dövlət Gömrük Komitəsi Azərterminalkomleks birliyi Bakı Şöbəsi mütəxəssisi kimi fəaliyyət göstərmişdir. 2003– 2007-ci il tarixlərində Azərbaycan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi, Keşlə Gömrük postunun inspektoru kimi fəaliyyət göstərmişdir. Həmçinin 2004– 2007-ci il tarixi ərzində Azərbaycan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi, Rəsmləşdirmə şöbəsi böyük inspektoru vəzifəsində çalışmışdır. 2004–2018 – çi illərdə Azərbaycan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Baş inspektor kimi çalışıb. 2016–2018 – Bakı Baş Gömrük İdarəsində yaradılmış "Yaşıl Dəhliz" buraxılış sisteminin qrup rəhbər təyin olunmuşdur. 2018– 2023 – çi illərdə Azərbaycan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük Komitəsi Hava Nəqliyyatı Baş Gömrük İdarəsi baş inspektor vəzifəsində çalışıb.

Yaradıcılığı

2013-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Fire Land"Productionun rəhbəri, nəğməkar-şair, Prezident təqaüdçüsüdür. "Yaşa, yaşa, Azərbaycan!", "Mənim atam qəhrəmandır!", "Mənim oğlum qəhrəmandır!" layihələrinin rəhbəridir.[5][6]

Şeirlərinə bəstələnən mahnılar

  • Sevgi dünyamızGövhər Həsənzadə
  • Durnalar – mus: Gövhər Həsənzadə
  • AzərbaycanHikmət Mirməmmədli
  • Əsgər marşı – Yaşar Baxış
  • Öpsən – mus. Aygün Kazımova
  • Sevgi yağışı – Sevinc Tağıyeva
  • Səninlə – mus: Emil Şahin
  • Kaş ki – mus:Rüstəm Zeynallı
  • Nankorsan – mus: Gövhər Həsənzadə
  • Sevən qəlbim – mus: Aygün Kazımova
  • Xoşbəxt illər – mus: Minayə xanım
  • Mən səninəm – mus: Məhəbbət xanım
  • Dola mənə qolunuFaiq Sücəddinov
  • Sən Azərbaycanlısan – mus: Gövhər Həsənzadə
  • Unut getsin – mus: Mikayıl Vəkilov
  • Mənim deyilsən – mus: Muxtar Abseynov
  • Etiraf – mus: Faiq Sücəddinov
  • Sən bizimləsən – mus: Aygün Səmədzadə
  • Apar məni – mus: Rüstəm Zeynallı
  • Yoruldum – mus: Xanım İsmayılqızı
  • Yad olduq – mus: Muxtar Abseynov
  • Ötən günlər – mus: Nadir Əzimov
  • Azərbaycan – mus: Vüqar Camalzadə
  • Neyləyim – mus: Sevinc Tağıyeva
  • Gizli sevgi – mus: Ramal İsrafilov
  • Leyli Məcnun – mus: Abbas Bağırov
  • Sənin oldum – mus: Gövhər Həsənzadə
  • Göz yaşımı tökə-tökə – mus: Elza Seyidcahan
  • Mənim gülüm – mus: Xumar Qədimova
  • Sevgi harayı – mus: Xumar Qədimova
  • Göy göl – mus: Aydın Abbasov
  • Gəl görüşək – mus: Gövhər Həsənzadə
  • Gəl barışaq – mus: Rüstəm Zeynallı
  • Azərbaycan – mus: Nazim Məmmədov
  • Darıxır ürək – mus: Aybəniz Güllər
  • Əllərim darıxmasın – mus: Pərviz Mahmudov

Layihələri

Remove ads

Təltif və mükafatları

  • 27.01.2011 — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Gömrük orqanlarında xidmətə görə" 3-cü dərəcəli döş nişanı
  • 01.03.2016 — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Gömrük orqanlarında xidmətə görə" 2-ci dərəcəli döş nişanı
  • 28.05.2018 — Prezident təqaüdü
  • 28.01.2022 — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Gömrük orqanlarında xidmətə görə" 1-ci dərəcəli döş nişanı

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads