Xumar Qədimova

Azərbaycan müğənnisi From Wikipedia, the free encyclopedia

Xumar Qədimova
Remove ads

Xumar Qədimova və ya tanınan adı ilə Xumar (26 aprel 1966, Qazax şəhəri) — Azərbaycan estrada müğənnisi, bəstəkar, aktrisa, pianoçu, rejissor, Azərbaycanın əməkdar artisti (2017).

Cəld faktlar Ümumi məlumatlar, Digər adı ...
Remove ads

Həyatı

Xumar Qədimova 1966-cı il aprelin 26-da Qazax rayonunda anadan olub. 1983–1987-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda "Kütləvi tamaşalar rejissoru" ixtisası üzrə təhsil alıb. Ali təhsil aldıqdan sonra bir müddət Dənizkənarı Bulvarda administrator kimi çalışıb. Daha sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda fəaliyyət göstərib.

Yaradıcılığı

1997-ci ildə sənət yaradıcılığına başlayıb. Bu günə kimi 200-dən çox musiqi əsərləri səsləndirib. İlk musiqisi sözləri Nüsrət Kəsəmənliyə, musiqisi Xumar Qədimovaya məxsus olan "İsa Bulağı" olmuşdur. Şifahi xalq ədəbiyyatından başlayaraq, Azərbaycan və Türk ədəbiyyatının hər dövr yaradıcılığına müraciət etmişdir. Nizami, Nəsimi, Nazim Hikmət, Yunus Emre, Necib Fazl Kısakürek, Molla Pənah Vaqif, Suat Sayın, Şəhriyar, Hüseyn Cavid, Almas İldırım, Mikayıl Müşfiq, Səməd Vurğun, Rəsul Rza, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, Nüsrət Kəsəmənli, Nəriman Həsənzadə, Rəsul Həmzətov, Ahmet Kaya, Ramiz Rövşən, Kamal Abdulla, Mikayıl Mirzə kimi dahilərin sözlərinə əvəzolunmaz musiqilər bəstələmişdir. 2003-cü ildə Türkiyədə keçirilən Azərbaycan müğənniləri arasında ən çox dinlənilən müsabiqədə "Ayrılıq" mahnısına görə "səs sənətçisi" mükafatını almışdır. 2007-ci ildə Türkiyənin İstanbul şəhərində yerləşən Maslak TİM konsert sarayında "Bir Can Türkiyə-Azərbaycan" adlı solo konserti ilə çıxış etmişdir.

Eyni zamanda Xumar Qədimovanın bəstələdiyi mahnıları Türkiyənin məşhur müğənniləri Kibariye, Yıldız Tilbe, Kafkaz Kardeşləri Qrupu və Özbəkistanin Dövlət sənətçisi Sevinc Muminova və başqaları ifa etmişdir.

3 mart 2017-ci ildə Azərbaycan Respublikasında mədəniyyət sahəsindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1][2]

2019-cu ildə "Nəsimi İli" ilə əlaqədar Nəsimi kompozisiyasını yaratmışdır.[3]

2021- ci ildə "Nizami Gəncəvi İli" ilə əlaqədar Nizami kompozisiyasını yaratmışdır.[4]

2022-ci ildə "Şuşa İli" ilə əlaqədar Şuşa kompozisiyasını yaratmışdır.[5][6]

Remove ads

Mahnıları

  1. Sən Fanisən
  2. Ürəyim
  3. Əziz Dostum
  4. Onu Sevmə Deyirlər
  5. Sarhoş Gibiyim
  6. Artık Sevmeyeceğim
  7. Dilbərim
  8. Bilən Yoxdur
  9. Yalan Deyil
  10. Ruhunla Yaşayacağam
  11. Yalvara-Yalvara
  12. Danışdırma Məni
  13. Bilinməz
  14. Kərtənkələ Mənim Adım
  15. Yoruldum
  16. Unuda Bilmirəm
  17. Dodaqlarımda Arzu
  18. Qurban Olum
  19. Sevgi Harayı
  20. Yuxuma Gir
  21. Mən Bir Duyğu Çələngiyəm
  22. Hər Şey Bitdi
  23. Yar Yar
  24. Məni Dindirmə
  25. Ay Qız, Kimin Qızısan?
  26. Şükür ki, Ölməmişəm
  27. Neynim
  28. Səbəbi Sənsən
  29. Ata
  30. Bilmirəm
  31. Səni Qəmli Görəndə
  32. Didərginlər
  33. Küsmərəm
  34. Qəribədir, Deyilmi?
  35. Allahım, Mən Nə Üçün Şair Doğuldum?
  36. Yarama Duz Səpmə
  37. Yarım Bilməz
  38. Dustaq Bir Də Sevər Oldu
  39. Rəssam
  40. Azadlıq Həsrəti
  41. Deyin
  42. Qəmərim
  43. Bir də Gəlməyəcək Mənimtək Qadın
  44. Niyə Getdin? Niyə Döndün? Niyə Baxdın?
  45. Çarə Getməkdir
  46. Nazlı Ceyranım
  47. Necə Dözüm Bu Dərdə Mən
  48. Nə Ağırdır Mənim Eşqim
  49. Günün Birində
  50. Susma
  51. Ruhum Toz Olmuş
  52. O Dağ Məni, Bu Dağ Məni
  53. Yandım Elə Yandım
  54. Mənim Gülüm
  55. Sevda
  56. Yine Aşk Kaynıyor
  57. Səninçün
  58. Aşk Neylədi
  59. Nerden Bileceksiniz
  60. Tesbih
  61. Dünya Heç Kimin
  62. Gecələr
  63. Yarım
  64. Yağmur Ağlıyor
  65. Ruhunla Yaşayıram
  66. Kertenkele Benim Adım
  67. Məhəbbət Nəğməsi
  68. Gəl İnad Etmə
  69. Sənsiz Necə Yaşayıram
  70. Şuşa
  71. Küsmərəm
  72. Sən və Mən
  73. Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi
  74. Daha Səni Üzməyəcəm
  75. Sən Oldun
  76. Tanrım
  77. Vəhşi kimi

Klipləri

Əlavə məlumat Say, Ad ...
Remove ads

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads