Christian Science Monitor

From Wikipedia, the free encyclopedia

Christian Science Monitor
Remove ads

Christian Science Monitor (tələffüzü "Krisçen Sayens Monitor") — bazar ertəsindən cümə gününə qədər İnternetdə gündəlik olaraq çap olunan beynəlxalq qəzet. 1908-ci ildə Xristian Elmi Kilsəsinin qurucusu Meri Beyker Eddi tərəfindən qurulmuşdur.

Cəld faktlar Format, Təsisçi ...

Qəzetdə beynəlxalq xəbərlər və ABŞ cəmiyyətində baş verən aktual hadisələri işıqlandırır. KSM-in "Ana Forum" səhifəsində gündəlik dini məqalələr yer alır, lakin onlar dinə dönüş platforması olmadıqlarını bildirilər.[2]

28 oktyabr 2008-ci ildə redaktor Con Yemma, Christian Science Monitor veb nəşrinə diqqət ayırmaq üçün çap nəşrlərin dayandırılacağını bildirdi. KSM həftəlik çap nəşri əvəzinə daha çox beynəlxalq xəbərlərə fokuslanan gündəlik xəbərlər dərgisi nəşr edəcək.[3]

Christian Science Monitor adına baxmayaraq dini mövzulu qəzet deyil və öz himayəçi kilsəsinin doktrinasını təbliğ etmir. Lakin qurucusu Eddinin istəyi ilə Christian Science Monitor qəzetinin hər sayında gündəlik dini məqalələr yer alır. Eddi həmçinin qəzetin başlığına Xristian Elmi kəlməsininin daxil edilməsini tələbi ilə çıxış etdi, bu da əvvəlcə dini mənsubiyyətə istinadın dünyəvi dinləyiciləri özündən uzaqlaşdıracağına inanan onun bəzi məsləhətçilərinin etirazı ilə qarşılandı.[3] Eddi, Christian Science Monitor-un missiyasının "heç kimə zərər verməmək və bütün insanlığa xeyir-dua vermək" olduğunu açıqladı.[3]

Qəzet gurultuluqdan çəkinən və qeyri-isterik jurnalistika markası ilə fərqlənməklə məşhurdur.[4][5] 1997-ci ildə ABŞ-nin Orta Şərqdəki siyasətini tənqid edən Washington Report on Middle East Affairs jurnalında Christian Science Monitor haqqında İslamı və Orta Şərqi obyektiv və məlumatlandırıcı şəkildə yaydığı üçün tərifləyici bir məqalə yayımlandı.[6]

2006-cı ildə qəzetin ştatdankənar qəzet müxbiri Cill Keroll Bağdadda qaçırıldı və 82 gün sonra salamat buraxıldı.[7]

Remove ads

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads