Dırnaq işarəsi

From Wikipedia, the free encyclopedia

Remove ads

Dırnaq işarəsi (“ ”) və ya (« ») – mətndə vasitəsiz nitqi, sitatları, əsər, qəzetjurnal adlarını, sözlərin məcazi mənalarını fərqləndirmək üçün işlədilən qoşa durğu işarəsi.

Cəld faktlar Fransız dırnaq işarəsi, „ “ " " “ ” Alman dırnaq işarəsi Makina qoşa dırnaq işarəsi İngilis qoşa dırnaq işarəsi ...
Remove ads

Dırnaqların əsas növləri

Dırnaqlar öz görünüşlərinə görə aşağıdakı kimi bir-birindən fərqlənirlər:

Fransız dırnaqları («yolka»). «yolka»
Alman dırnaqları („lapka“). „lapka“
İngilis qoşa dırnaqları. “ingilis qoşa”
İngilis tək dırnaqları. ‘ingilis tək’
Polşa dırnaqları „Polşa dırnaqları”
İsveç tərs dırnaqları »İsveç«
Remove ads

Rusca yazıda istifadə edilən dırnaqlar

Qoşa dırnaqlar

Rusca yazıda ənənəvi olaraq fransız «yolka»sından istifadə edilir. Dırnaqlar arasında təkrarən dırnaqdan istifadəyə ehtiyac olduqda və əl yazısında alman „lapka“sından istifadə edilir.

Azərbaycanca yazıda istifadə edilən dırnaqlar

Hal-hazırda azərbaycanca yazıda əsasən “ingilis qoşa” dırnaq işarələrindən istifadə olunmaqdadır. Bununla yanaşı "makina qoşa dırnaq işarəsi" və «yolka»dan da geniş istifadə edilir. Lakin Azərbaycan Respublikası prezidentinin saytında axtarış verilərkən, 8 fevral 2010-cu il tarixindən sonra «yolka»lardan istifadə olunması qeydə alınmamışdır[1].

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads