Dərbənd rayonu

From Wikipedia, the free encyclopedia

Dərbənd rayonumap
Remove ads

Dərbənd rayonuRusiya Federasiyasının Dağıstan Respublikasında inzibati-ərazi vahidi. Xəzər dənizinin sahilində yerləşir.

Cəld faktlar Ölkə, Tarixi və coğrafiyası ...
Remove ads

Ərazisi

  • Dərbənd rayonunun ərazisi 821 км² (daha dəqiq 820,97 км²)- dir.[4]
  • Ümumi ərazisinin 32,000 hektarı kənd təsərrüfatına yararlıdır.[4]
  • Rayon 1921-ci ildə təşkil edilmişdir.
  • İnzibati mərkəzi Dərbənd şəhəridir.
  • Rayon ərazisinin şimaldan cənuba uzunluğu 73 km, şərqdən-qərbə eni isə 15 km-30 km-dir.[4]
  • Rayon ərazisi Xəzər dənizi ilə 70 km uzunluğunda sahil xəttinə sahibdir, ərazisinin 60%-i düzənliklərdən, 40%-isə dağətəyi sahələrdən ibarətdir.[4]
  • Rayon ərazisinin 20%-dən çoxu meşələrlə örtülmüşdür.[4]
  • Rayon ərazisindən Rubas, Ulluçay və Darvaq kimi nisbətən iri çaylar və onlarla kiçik çaylar axır.
Remove ads

Əhali

Rayon ərazisində 2-si qəsəbə, 38-i kənd olmaqla 40 yaşayış məntəqəsi mövcuddur. Ümumi rayon əhalisinin 58,09%-ni, rayonda yerləşən şəhər tipli qəsəbələrdə yaşayan şəhər əhalisinin 11,26%-ni, kəndlərdə yaşayan əhalinin isə 72,14%-ni etnik azərbaycanlılar təşkil edirlər. Rayon əhalisinin 65%-i kənd təsərrüfatında, 20%-i yüngül yeyinti sənayesində, 15%-i isə xidmət sektorunda çalışır.[4] Kənd təsərrüfatında istehsal olunan ümumi məhsulunun içərisində əkinçiliyin xüsusi çəkisi 83%, heyvandarlığın xüsusi çəkisi isə 17% təşkil edir.[4] Yüngül sənaye rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının emalı istiqamətində ixtisaslaşmışdır. Bu tip müəssisələr içərisində şərab istehsalı ilə məşğul olan iri zavodlar istehsalın həcminə görə fərqlənirlər.[4] Rayonda 47 orta məktəb, 16 məktəbəqədər müəssisə, 6 musiqi məktəbi, 1 texniki-peşə məktəbi və 36 kitabxana fəaliyyət göstərməkdədir.[4]

Etnik tərkib

Əlavə məlumat Etnik qrup, Cəmi ...

Yaşayış məntəqələri üzrə

Əlavə məlumat Adı, Əhali ...
Remove ads

Bələdiyyələr

Rayon ərazisində 2-si qəsəbə, 27-si kənd bələdiyyəsi olmaqla 29 bələdiyyə yerləşir. 27 kənd bələdiyyəsi 38 kənd yaşayış məntəqəsini əhatə etməkdədir.[8]

  • Qəsəbə bələdiyyələri:
  1. Belici qəsəbə bələdiyyəsi (Belici qəsəbəsi)
  2. Məmmədqala qəsəbə bələdiyyəsi (Məmmədqala qəsəbəsi)
  • Kənd bələdiyyələri:
  1. Əğlabi bələdiyyəsi (Əğlabi kəndi)
  2. Ərəblər bələdiyyəsi (Ərəblər kəndi)
  3. Belici bələdiyyəsi (Belici kəndi)
  4. Bərəkəy bələdiyyəsi (Bərəkəy kəndi, Segelər kəndi)
  5. Vəlikənd bələdiyyəsi (Vəlikənd)
  6. Gecux bələdiyyəsi (Gecux kəndi)
  7. Dəliçoban bələdiyyəsi (Dəliçoban kəndi)
  8. Yuxarı Calğan bələdiyyəsi (Yuxarı Calğan kəndi)
  9. Cəmikənd bələdiyyəsi (Cəmikənd)
  10. Zidyan-Qazmalar bələdiyyəsi (Zidyan-Qazmalar kəndi, Zidyan kəndi)
  11. Qala bələdiyyəsi (Qala kəndi)
  12. Qullar bələdiyəsi (Qullar kəndi)
  13. Mitağı bələdiyyəsi (Mitəhi kəndi)
  14. Mitağı-Qazmalar bələdiyyəsi (Mitəhi-Qazmalar kəndi)
  15. Muğartı bələdiyyəsi (Muğartı kəndi)
  16. Müzayim bələdiyyəsi (Müzayim kəndi)
  17. Nüğdi bələdiyyəsi (Nüğdi kəndi)
  18. Padar bələdiyyəsi (Padar kəndi)
  19. Pervomaysk bələdiyyəsi (Miçurino kəndi, Andreevka kəndi, Yunıy Paxar kəndi, Rıbzavod-51 kəndi)
  20. Rubas bələdiyyəsi (Rubas kəndi, Kommuna kəndi)
  21. Rükəl bələdiyyəsi (Rükəl kəndi)
  22. Sabnova bələdiyyəsi (Sabnova kəndi)
  23. Səlik bələdiyyəsi (Səlik kəndi)
  24. Tatlar bələdiyyəsi (Tatlar kəndi, Qaradağlı kəndi)
  25. Ullu-Tərəkəmə bələdiyyəsi (Ullu-Tərəkəmə kəndi)
  26. Xəzər bələdiyyəsi (Xəzər kəndi, Aşağı Calğan kəndi, Vavilovo kəndi, Düzlər kəndi)
  27. Çinar bələdiyyəsi (Çinar kəndi, Bilhədi kəndi)

Yaşayış məntəqələri

Əlavə məlumat Məntəqə, Əhalisi ...
Remove ads

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads