Daxili vidaci vena

From Wikipedia, the free encyclopedia

Daxili vidaci vena
Remove ads

Daxili vidaci vena (lat. Vena jugularis interna)xarici vidaci vena ilə bərabər ümumi yuxu arteriyasına uyğundur. Bu damar vidaci dəlikdə beynin sərt qişasının "S"-ə bənzər cibindən başlayaraq əvvəlcə udlağın yan divarı ilə və daxili yuxu arteriyasının bayır və ön səthinə keçir və ən aşağıda sağ döş-körpücük oynağı nahiyəsində körpücükaltı vena ilə birləşərək bazu-baş venasını əmələ gətirir. Bəzi müəlliflər daxili vidaci venanın aşağı hissəsinə ümumi vidaci vena — lat. v. jugularis communis adını verirlər. Belə olan surətdə həmin damarın yuxarı hissəsi daxili yuxu arteriyasına və aşağı hissəsi ümumi yuxu arteriyasına uyğun olur. Daxili vidaci venanın körpücükaltı vena ilə birləşən yerinə venoz bucaq — lat. angulus venosus deyilir. Bu damarın yuxarı və aşağı uclarında birər genişlik (soğanaq) — lat. bulbus venae jugularis superior et inferior vardır. Yuxarı soğanaq ikili və ya tək qapaq ilə və aşağı soğanaq tək qapaq ilə tutulmuşdur. Yuxarı soğanaq "S"-ə bənzər cibdən başqa ilbiz kanalcığı venalarını (lat. vv. canaliculi cochleae) və bəzən aşağı daşlıq cibini qəbul edir. Daxili vidaci vena beynin venoz qanının çox hissəsini daşıyır; bundan başqa üzdən, udlaqdan, dildən, qırtlaqdanqalxanabənzər vəzidən də venoz qanı qəbul edir.

Cəld faktlar
Remove ads

İstinadlar

Həmçinin bax

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads