Demis Russos

From Wikipedia, the free encyclopedia

Demis Russos
Remove ads

Demis Russos (yun. Ντέμης Ρούσος, əsl adı Artemios Venturis Russos, yun. Αρτέμιος Βεντούρης Ρούσος; 15 iyun 1946, İsgəndəriyyə, Misir – 25 yanvar 2015, Afina, Yunanıstan) — yunan müğənnisi.

Cəld faktlar Ümumi məlumatlar, Doğum adı ...
Remove ads

Həyatı

15 iyun 1946-cı ildə Misirin İsgəndəriyyə şəhərində yunan əsilli ailədə dünyaya gəlmiş, 1956-cı il Süveyş böhranından sonra ailəsi ilə birlikdə Yunanıstana köçmüşdür.

Russos 1963-cü ildə Vangelis və Lukas Sideras ilə birlikdə "Aphrodite's Child" qrupunun əsasını qoymuşdur. 1968-ci ildə Yunanıstandakı hərbi çevrilişdən sonra qrup üzvləri Parisə köçdülər və burada özlərinin "Rain & Tears" mahnısı ilə məşhurluq qazandılar.

1971-ci ildə Russos qrupu tərk etdi və solo karyerasına başladı, amma keçmiş qrup üzvü Vangelislə əməkdaşlığını davam etdirdi və bu əməkdaşlığın nəticəsi olaraq 1977-ci ildə "Magic together" albomunu çıxardı. Onların ən məşhur birgə işi isə Oskar mükafatına layiq görülmüş "Alovlu döyüş arabaları" ("Chariots of Fire") filminin musiqisi — "Race to the End" və onun ispan dilindəki versiyası "Tu Libertad" oldu. Russos həmçinin Vangelisin 1982-ci ildə Filip Dikin əsəri əsasında çəkilmiş "Ülgücün üzəri ilə qaçan" ("Blade Runner") filminə yazdığı "Tales of the Future" mahnısını da səsləndirmişdir.

1974-cü ildə Russos "Forever & Ever" albomu ilə uğur qazandı. Albomla eyni adlı mahnı həmin il bir sıra Avropa ölkələrində çartların zirvəsinə qalxdı. "Happy То Be On An Island In The Sun" mahnısı isə Britaniya hit-paradlarında 5-ci yerədək yüksəldi.

1975-ci ildə onun 3 plastik valı 10 ən yaxşı albomun siyahısında yer tutub. Sənətçi yaradıcılığı boyunca 29 albom buraxıb.[3]

O, 1985-ci il iyunun 14-də ərəb terroçuları tərəfindən qaçırılmış TWA şirkətinə məxsus 847 nömrəli reysin sərnişinlərindən biri idi. Terrorçular hətta onun doğum gününü də təyyarədə qeyd etmişdilər. Onlar öz əsirlərindən birinin Avropada məşhur adam olmasına sevinirdilər.

Onun digər məşhur mahnıları sırasında "My Friend the Wind", "My Reason", "Velvet Mornings", "Goodbye, My Love, Goodbye", "Someday" və "Lovely Lady of Arcadia" qeyd edilə bilər.

Demis Russosun 3 evliliyindən 2 uşağı var — qızı Emili və oğlu Siril.

Remove ads

Diskoqrafiya

  • On the Greek side of my mind (1971)
  • Forever and ever (1973)
  • My only fascination (1974)
  • Auf Wiederseh'n (1974)
  • Souvenirs (1975)
  • Happy to be (1976)
  • Die Nacht und der Wein (1976)
  • Kyrila (1977)
  • The Demis Roussos magic (1977)
  • Ainsi soit-il (1977)
  • Los super 2 LP (1977)
  • Demis Roussos (1978)
  • Universum (1979)
  • Man of the world (1980)
  • Roussos live! (1980)
  • Demis (1982)
  • Attitudes (1982)
  • Reflection (1984)
  • Senza tempo (1985)
  • Greater love (1986)
  • The story of… (1987)
  • Come all ye faithful (1987)
  • Le grec (1988)
  • Time (1988)
  • Voice and vision (1989)
  • Insight (digər adı Morning has Broken) (1993)
  • Demis Roussos in Holland (1995)
  • Immortel (1995)
  • Serenade (1996)
  • Mon île (1997)
  • Auf meinen Wegen (2000)
  • Live in Brazil (2006)
  • Demis (May 2009)
Remove ads

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads