Deneb
From Wikipedia, the free encyclopedia
Remove ads
Deneb — Qu bürcünün α ulduzu.
Remove ads
Haqqında
Deneb (/ dɛnɛb /), ayrıca α CYGNE (Latinised alpha CYGNE, qısaldılmış Alpha Cyg, α Cyg) olaraq ifadə edilmişdir və Cygnus bürcünün ən parlaq ulduzudur. Görünən ulduz ölçüsü 1.25 olub, gecə səmasının 19-cu ən parlaq ulduzudur. Deneb açıq mavi rəngli ifratnəhəng olmaqla yanaşı həmçinin ən parlaq ulduzlardan biridir. Bununla birlikdə bu ulduza qədər dəqiq məsafəni (və buna görə də işılığı) təyin etmək çox çətindir; təxminən 55.000 və 196.000 dəfə Günəşin kimi parlaqdır[10].
Remove ads
Məsafə və xüsusiyyətləri
Denebin Yerdən uzaqlığı dəyişkəndir. Fərqli mənbələr 1600 - 3200 işıq ili arasında olduğunu irəli sürür. Qeyd etmək lazımdır ki, bu uzaqlıqdakı bir ulduzun məsafəsinin təyini parallaksı çox kiçik olduğundan olduqca çətindir. Denebin diametri Günəşinkindən 200 - 300 dəfə böyük olub parlaqlığına görə 60000 - 250000 dəfə daha parlaqdır. Bilinən ulduzların içində ən nəhənglərindəndir. Yay günlərində Azərbaycandan görünür. Veqa, Əltair və Deneb üçlükdə məşhur Yay Üçbucağı bürcünü əmələ gətirir. Ərəb sözu olan ذنب الدجاجة - toyuq quyruğu sözündən əmələ gəlmişdir və quyruq deməkdir. Şir və Balina bürclərindəki oxşar adlı ulduzlarla qarışdırılmamalıdır.
Deneb'in Yerdən uzaqlığı hələ dəqiq müəyyənləşdirilməmişdir. Hal-hazırda qəbul edilən məsafə 2,600 işıq ilidir. Bu dəyişikliyin səbəbi bu məsafənin atmosfer modelləşdirmə, ulduz təkamül modelləri, o cümlədən spektral işıqlıq diaqramı və görünən diametri birbaşa ölçülə bilməsidir. Orijinal dəqiq olmayan Hipparcos paralaks[11][12] ölçmələri bu məsafə ilə ziddiyət təşkil etmirdi, ancaq daha sonrakı yenidən təhlilər [13] daha böyük parallaks və məsafənin dəyərinin yarısını verir. Hipparcos-un verdiyi məlumatlardan [14] istifadə edilərək 2008-ci ildə hesablamalar aparıldı. Kosmik tozun çox olduğu mühitdə yerləşən asimmetrik, titrəşən ulduzların paralaks ölçülərinin etibarsız olduğu bilinməsinə baxmayaraq, ən mümkün uzaqlıq 1,550 işıq ili qəbul edildi. Xəta yalnız 10% -dir.
Deneb açıq mavi rəngdə olub A2Ia spektral sinfə malikdir, səth temperaturu 8500 K-dir. Denebin kütləsi 19 Günəş kütləsinə (M៙) bərabər olduğu hesablanmışdır.
İkili yoldaş
Deneb,mümkün olan tək xətli spektroskopik qoşa kimi bilinir, belə ki, əsas ulduzdan gələn spektral xətlərin radial sürətinin periodik dəyişdiyi halda digər yoldaşında heç bir spektral xüsusiyyətlər görülmür[15].Zamanla spektrin daha ətraflı təhlili, bunun üçün hər hansı bir dəstək tapa bilmədi[16].
Remove ads
Təkamülü
Deneb, təkamülünün ilkin mərhələsində 23 M☉ O spektral sinifli ulduz kimi keçirib, ancaq artıq nüvəsində hidrogen yanıb qurtarıb və soyumağa və genişlənməyə başladı[17]. Deneb'in kütlə diapozonunda yer alan ulduzlar ən parlaq qırmızı ifratnəhənglərə çevrilir və sonunda bir neçə milyon il içində nüvələri çökəcək və ifrat yeni partlaması meydana gələcək.

Bilindiyi kimi, qırmızı ifratnəhəng ulduzlar II-P tip ifrat yeni kimi tanınan ulduz kimi müəyyən kütləyə qədər genişlənir, ancaq kütlənin böyük qiymətində onlar xarici təbəqəsini itirirlər və yenidən istiləşməyə başlayırlar. İlkin kütlələrdən və kütlə itkisindən asılı olaraq onlar sarı olduqca ifrat nəhəngə və ya parlaq mavi dəyişənlərə partlaya bilərlər, ya da Ib və ya Ic tip ifrat yeni partlayandan əvvəl Wolf-Rayet ulduzlarına çevrilə bilər. Deneb hal-hazırda qırmızı ifrat nəhəng kimi inkişaf edir.
Ulduzlar ilk dəfə olaraq helium nüvəsi ətrafındakı təbəqədə olan hidrogenin yanması hesabına inkişaf edir, belə ki, karbon və oksigenin yanmağa başlaması üçün hələ kifayət qədər istilik yaranmamışdır. Konveksiya ərimə məhsullarının qarışması hesabına başlamışdır, ancaq bunlar səthdə görünmür. Post-qırmızı ifrat nəhəng ulduzlarında qırmızı ifrat nəhəng mərhələsində daha güclü konveksiya nəticəsində ərimə məhsullarının səthdə görünməsi gözlənilir.
Müşahidəsi.
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads
