Denis Prokopenko
Ukrayna hərbçisi From Wikipedia, the free encyclopedia
Remove ads
Denis Hennadiyovıç Prokopenko (ukr. Денис Геннадійович Прокопенко; 27 iyun 1991[1], Kiyev) — Ukrayna Milli Qvardiyasının mayoru, Azov alayının komandiri,[2], Rusiya-Ukrayna müharibəsinin iştirakçısı, Ukrayna Qəhrəmanı (2022).
Rusiya-Ukrayna müharibəsi zamanı o, Ukrayna rəhbərliyi tərəfindən düşmən hücumlarını dəf etmək və qəhrəman şəhər Mariupolu qorumaq üçün effektiv fəaliyyətinə görə fərqləndirilib.[3]
Prokopenko həm də Redis kimi tanınır ((ukr. Ре́діс) köhnə futbol azarkeşi ləqəbi onun hərbi çağırış ləqəbinə çevrildi. Onun tabeliyində olanların ona qeyri-rəsmi olaraq "Qardaş Redis" və ya "Yoldaş Redis" deyə müraciət etdikləri bildirilir ("Дру́же Ре́діс", "Drúže Rédis", [ˈdruʒe ˈrɛd⁽ʲ⁾is])[4][5]
Remove ads
Həyatı
Denis Prokopenko etnik karel nəslindəndir. Babası SSRİ–Finlandiya müharibəsinin iştirakçısı olub.
Kiyev Milli Linqvistik Universitetinin Alman filologiyası fakültəsini ingilis dili müəllimi ixtisası üzrə bitirib. Eyni zamanda idmanla da məşğul olub. O, "Dinamo" (Kiyev) futbol klubunun aktiv azarkeşlərindən (ultra) biridir.[6][7]
2014-cü ildən Ukraynanın şərqində keçirilən antiterror əməliyyatında iştirak edib, Azovda taqım və tabora komandirlik edib. 2017-ci ilin sentyabrında Azov Əlahiddə Xüsusi Təyinatlı Dəstəsinin komandiri təyin edilib.
2019-cu il avqustun 24-də Ukraynanın Müstəqillik Günündə, Kiyevin Xreşçatik şəhərində kapitan Denis Prokopenko Ukrayna Prezidenti Volodimir Zelenskinin əlindən III dərəcəli Boqdan Xmelnitski ordenini alıb.[6]
Rusiyanın Ukraynaya hücumu zamanı Azov alayının komandiri Denis Prokopenko 2022-ci il martın 7-də videomüraciətində Ukraynanın səmasını bağlamağa və Mariupola kömək etməyə çağırıb, çünki "düşmən mülki əhaliyə qarşı və şəhərin infrastrukturuna atəş açmaqla müharibə qaydalarını pozur".
19 mart 2022-ci ildə prezident Volodimir Zelenskinin əmri ilə Mariupolun müdafiəsini davam etdirən iki bölmənin komandirləri — Denis Prokopenko və 36-cı dəniz piyada briqadasının komandiri Vladimir Baranyuk Ukrayna Qəhrəmanı adına layiq görülüb.[8]
Remove ads
Əsir düşməsi
Denis Prokopenko 2022-ci il mayın 20-də "Telegram"da son videomüraciətindən sonra Azovstal zavodunun son müdafiəçiləri ilə birlikdə rus hərbçilərinə təslim oldu: "Ali hərbi komandanlıq qarnizonumuzun əsgərlərinin həyatını xilas etmək və şəhərin müdafiəsini dayandırmaq əmri verib". Hazırda Rusiya Duması "Azov"u terror təşkilatı kimi təsnif etməyə cəhd etdiyi üçün Rusiyanın Prokopenkonu hərbi əsir hesab edib-etməməsi sualı şübhə altında qalır.[9][10] Mayın 24-də həyat yoldaşı Katerina onun rus əsirliyində olduğunu və onunla telefonla danışa bildiyini təsdiqləyib.[11]
Remove ads
Mükafatları
- "Qızıl Ulduz" ordeni ilə təltif edilməklə "Ukrayna Qəhrəmanı" adı (19 mart 2022-ci il) — Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsində göstərdiyi şəxsi cəsarət və qəhrəmanlığa, hərbi anda sədaqətinə görə.[12]
- III dərəcəli Boqdan Xmelnitski ordeni (21 avqust 2019-cu il) — Ukrayna dövlətinin müdafiə qabiliyyətinin gücləndirilməsinə şəxsi əhəmiyyətli töhfəsinə, döyüş əməliyyatları zamanı göstərdiyi şücaətə, xidməti vəzifələrini nümunəvi yerinə yetirməsinə və yüksək peşəkarlığına görə.[13]
- "Ukrayna qarşısında hərbi xidmətə görə" medalı (25 mart 2015-ci il) — Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsində göstərdiyi şəxsi cəsarət və yüksək peşəkarlığa görə.[14]
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads