Duayt Eyzenhauer
34. Amerika Birləşmiş Ştatlarının prezidenti From Wikipedia, the free encyclopedia
Remove ads
Duayt Devid Eyzenhauer,[4] "Ayk" ləqəbi ilə tanınır (ing. Dwight David "Ike" Eisenhower; 14 oktyabr 1890[1][2][…], Denison[d], Texas – 28 mart 1969[1][2][…], Uolter Rida adına Ordu tibb mərkəzi[d]) — Amerika Birləşmiş Ştatlarının 34-cü prezidenti (1953–1961), ordu generalı (20 dekabr 1944). XIX əsrdə doğulmuş və Birinci Dünya müharibəsi veteranı olan son ABŞ prezidenti. NATO Birləşmiş Qüvvələrinin ilk baş komandanı (1950–1952).
İkinci dünya müharibəsi dövründə 1944-cü il iyunun 6-da tarixdə ən böyük desantçıxarma əməliyyatı olan və ingilis-amerikan birləşmiş qoşunlarının Normandiya sahillərinə çıxarılmasını nəzərdə tutan Overlord əməliyyatına rəhbərlik etmişdir.
Onun hakimiyyət dövrü Koreya müharibəsində atəşkəs əldə olunması, SSRİ-yə təzyiqlərin güclənməsi, atom silahına böyük üstünlük verilməsi, kosmik yarışın başlaması, sosial müdafiə proqramının genişləndirilməsi, Ştatlararası avtomagistral sisteminin yaradılmasının təşkili ilə xarakterizə olunur.
Remove ads
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads