Elçin Hüseynbəyli
yazıçı From Wikipedia, the free encyclopedia
Remove ads
Elçin Hüseynbəyli (23 dekabr 1961, Mahmudlu, Cəbrayıl rayonu) — yazıçı-dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ulduz" jurnalının baş redaktoru (2004–2014)[1], "Ədəbiyyat qəzeti"nin baş redaktoru (2014).[2] Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri (2014), AYB-nin katibi (2021), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2019).[3]
Remove ads
Həyatı
Elçin Hüseynbəyli 1961-ci il dekabrın 23-də Cəbrayıl rayonunun Mahmudlu kəndində anadan olub. 1979-cu ildə həmin rayonun Şükürbəyli kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1980–1982-ci illərdə keçmiş Sovet ordusunda piyada qoşunlarda uğurlu hərbi xidmət keçib, "əlaçı əsgər" döş nişanına layiq görülüb.
1989-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1997-ci ildə Varşavada "İnsan haqları yay məktəbi"nin məzunu olub. 1999-cu ildən müxtəlif KİV-də, o cümlədən "Azadlıq" radiosunda işləyib, radionun Bakı bürosunu yaradıb. Azərbaycanda yeni informasiya modelini ilk təqdim edənlərdəndir.
2004-cü ilin mayında AYB sədri Anarın təqdimatı ilə "Ulduz" jurnalının baş redaktoru seçilmiş, 27 mart 2014-cü ilədək bu vəzifədə çalışmışdır. "Ədəbiyyat qəzeti"nin baş redaktoru, AYB sədrinin müşaviri olmuşdur.[4] 2021-ci ildə AYB katibi seçilmişdir. Xalq yazıçısı Anar onu yeni nəsil ədəbiyyatının layiqli təmsilçisi və sintetik janrlarda yazan qələm adamı kimi dəyərləndirib: "Elçinin timsalında ədəbiyyatımızda çox istedadlı, maraqlı, bənzərsiz, orijinal bir nasir yetişmişdir. Onun əsərlərində sürrealizm, əfsunlu realizm elementləri də var, mifik təfəkkür də, folklora bağlılıq da və bunların sintezi süni deyil, yazıçının daxili dünyasından keçirilmiş bir sintezdir".
E. Hüseynbəyli haqqında ölkənin ən tanınmış ədəbiyyat adamları 200-ə yaxın məqalə yazıblar. O, Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin baş katibi, rus dilində nəşr olunan "Güney Qafqaz" dərgisinin Azərbaycan üzrə koordinatoru və redaktorudur.
Ümumdünya azərbaycanlıları qurultaylarının nümayəndəsidir.
2000-ci ildə istedadlı gənc yazar kimi Prezident təqaüdünə, 2008-ci ildə isə Prezidentin xüsusi mükafatına layiq görülüb.
2001-ci ildə "Yusif Səmədoğlu adına ən yaxşı nəsr əsəri", 2007-ci ildə "Humay", 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" (nəsr üzrə ilk nominant kimi), Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının "Qızıl ulduz" medalına, "Nizami Gəncəvi" adına medala, Türksoyun "Çingiz Aytmatov" və "Məhdimqulu" medalına, eləcə də bir sıra ədəbi ödüllərə layiq görülüb. O, Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasınnı fəxri doktorudur.
Hekayə və romanları ali və orta məktəblərdə tədris olunur.
Birinci Qarabağ savaşında hərbi müxbir kimi fəaliyyəti genişmiqyaslıdır.[mənbə göstərilməlidir]
"Rəqs edən oğlan", "Balıq adam", "İki nəfər üçün oyun", "Cənab 21-ci əsr", "Yovşan qağayılar", "Tut ağacı boyunca", "On üçüncü həvari, 141-ci Don Juan", "Şah Abbas", "Metro vadisi", "Yolayrıcında qaçış", "Azıx", "Şimallı gəlin", "Kopelhausda bir axşam", "Yenə iki Od arasında", "Gözünə gün düşür", "Ağ və qara", "Vida", , "Pərixan", "Gültəkin xaqan", "Dənizin nağılları", "Banuçiçəyin rəngli yuxuları" kitablarının, on iki romanın, yüzdən çox hekayə, esse və bədii məqalənin müəllifidir.
Onun roman və dram əsərləri əsasən sintetik janrlardadır: dünən, bu gün və gələcək. Təhkiyəsi axıcı, üslubu fərdidir. Əsasən milli problemləri qabardır, amma dünyanı bütöv qavrayır. Roman və dramları konkret ideyaya əsaslanır, süjet xətti kəskin intriqa üstündə qurulur. Əsərləri ingilis, rus, alman, fransız, polyak, ukrayna, litva, koreya, fars və s. dillərə tərcümə olunub, türkdilli xalqların dillərinə uyğunlaşdırılıb.
Kitabları Türkiyə, İran[5], Rusiya, Litva, Özbəkistan və Gürcüstanda nəşr olunub.
Avropa Birliyinin regionda münaqişə tərəflərilə bağlı müxtəlif layihələrin iştirakçısı və əlaqələndiricisidir.
Azərbaycan Yazarlar Klubunun yaradıcısıdır. Klub əsasən Qarabağ münaqişə bölgəsində layihələr həyata keçirib. Sənət adamlarının münaqişə bölgəsinə səfərlərini təşkil edib.
Pyesləri ölkə içində və dışında dəfələrlə oynanılıb.
24 may 2019-cu ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.[6]
Evlidir. İki övladı var, siyasi mənsubiyyəti yoxdur. Mərkəzçidir.
Remove ads
Əsərləri
- Rəqs edən oğlan, Bakı, Adiloğlu, 2001, 200s.
- İki nəfər üçün oyun (Pyeslər), Bakı, Adiloğlu, 2005, 560s
- Cənab XXI əsr, Bakı, "Adiloğlu, 2005, 525 s.
- Yovşan qağayılar (roman və hekayələr), Bakı, Adiloğlu, 2005, 344s
- Şah Abbas, Bakı, Adiloğlu, 2008, 368 s.
- Şah Abbas, Bakı, Qələm, 2009
- Metro vadisi, Bakı, Vektor, 2009, 390s.
- On üçüncü həvari-141-ci Don Juan, Bakı, Adiloğlu, 2007, 376 s.
- Şimallı gəlin (hekayələr)/ "525 Kitab seriyası", Bakı, Mütərcim, 2010,52 s.
- Metro vadisi, Bakı, Qələm,2013
- Balıq adam, Bakı, Qələm, 2013
- Azıx, Bakı, Qələm, 2013
- Firuzə qaşlı xəncər, 2013[7]
- Aişə, Bakı, Qələm, 2014
- Onüçüncü həvari- 141-ci Don Juan, Bakı, Qələm, 2013
- Yenə iki od arasında, Bakı, Qələm, 2017
- Gözünə gün düşür, Bakı, Yeni poliqrafist, 2018
- Uşaqlar üçün: "Dənizin nağılları" (azərbaycan türkcəsində və rus dilində) 2021, Qələm Nəşriyyatı
- "Banuçiçəyin rəngli yuxuları" (azərbaycan türkcəsində və rus dilində) 2024, Qələm Nəşriyyatı
- Türkiyə türkcəsində : 1. Sılaya Dönüş, Ankara, (Çevirenler: İmdat Avşar, Ömer Küçükmehmetoğlu)"Bengü", 2011 ; 2. Azerbaycanlı Don Juan (Çeviren: Cumhur Turan), İleri Yayınları, 2013 3. Şah Abbas (Çeviren: Cumhur Turan), İleri Yayınları, 2013
- Rusca: 1. "Шаги командора, или 141-й Дон Жуан" (Перевод: Сиявуш Мамедзаде), Баку, Перо, 2013; 2. "Игра в…" Баку, Мутарджим, 2019
- Litvaca: Pılkojo Asılo Laıskaı (Apsakymai), Vilnius, 2017
Remove ads
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads