Elbit Hermes 450

From Wikipedia, the free encyclopedia

Elbit Hermes 450
Remove ads

Hermes 450 uzun məsafələrdə taktiki missiyaları yerinə yetirmək məqsədilə hazırlanmış, orta ölçülü İsrail istehsalı pilotsuz uçuş aparatıdır. Havada 20 saat fasiləsiz uçuş edə bilən bu PUA kəşfiyyat və nəzarət məqsədilə istifadə olunur.

Cəld faktlar Hermes 450, Tipi ...
Remove ads

İstifadəçilər

Thumb
Hermes 450 istifadəçiləri
  • Azərbaycan Azərbaycan[1]
  • Botsvana Botsvana[2]
  • Braziliya Braziliya[3]
  • Kolumbiya Kolumbiya: Elbit Systems şirkəti ilə 2012-ci ilin avqust ayında imzalanan müqaviləyə əsasən İsrail Kolumbiyanı Hermes 450 və Hermes 900 PUA-ları ilə təchiz etməlidir.[4]
  • Xorvatiya Xorvatiya: İki ədəd Hermes 450 PUA 2006-cı ilin sonlarında sifariş verilmiş, 2007-ci ildə təhvil alınmışdır.[5]
  • Kipr Kipr
  • Gürcüstan Gürcüstan: Silahlı Qüvvələrə məxsus PUA-lar Abxaziya üzərində kəşfiyyat məqsədilə istifadə olunur.
  • Şimali Makedoniya Şimali Makedoniya: Daxili İşlər Orqanları tərəfindən kəşfiyyat məqsədilə istifadə olunur.
  • Meksika Meksika: 2009-cu ildə satın alınmışdır.[6]
  • Sinqapur Sinqapur: Hərbi Hava Qüvvələrində istifadə olunur.[7]
  • İsrail İsrail: 2006-cı ildə baş verən Livan müharibəsi zamanı və daha sonra Qəzzə zolağında aktiv şəkildə istifadə olunmuşdur. Bundan başqa, 2014-cü ilin avqustunda İran öz ərazisinə daxil olan Hermes 450 PUA-nı Nətənz nüvə obyekti yaxınlığında vurduğunu açıqlamışdır.[8]
  • ABŞ ABŞ: Sərhəd Mühafizəsi qoşunları tərəfindən 2004-cü ildə test edilmişdir.[9]

Keçmiş istifadəçilər

  •  Böyük Britaniya: 2014-cü ilin yanvar ayına olan məlumata əsasən Britaniya Hərbi Hava Qüvvələrinə məxsus Hermes 450 PUA-ları İraqƏfqanıstanda baş tutan əməliyyatlar zamanı 86,000 saatdan çox uçuş həyata keçirmişdir.[10] 2014-cü ilin sentyabr ayının ortalarında Watchkeeper WK450 PUA silahlanmaya qəbul olunduqdan sonra, Britaniya Ordusu Hermes 450-dən istifadə etməmişdir.[11]
Remove ads

Xüsusiyyətləri

Ümumi göstəriciləri

  • Ekipaj: 0
  • Faydalı yük: 150 kq
  • Uzunluğu: 6.1 m
  • Qanad açıqlığı: 10.5 m
  • Ümumi çəkisi: 450 kq
  • Güc təminatçısı: 1 × UAV Engines Limited R802/902(W), 39 kVt (52 a.g.)

Uçuş keyfiyyətləri

  • Maksimum sürət: 176 km/s
  • Birbaşa məsafə: 300 km
  • Fasiləsiz uçuş: 20 saat
  • Uçuş tavanı: 5,500 m
  • Dırmanma sürəti: 4.6 m/s

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads