Fier

From Wikipedia, the free encyclopedia

Fiermap
Remove ads

Fier (alb. Fieri) — Albaniyada şəhər. Fier əyalətinin və Fier bələdiyyəsinin mərkəzidir.

Cəld faktlar Ölkə, Başçı ...
Remove ads

Yerləşməsi

Albaniyanın qərb hissəsində, Adriatik dənizindən 15 km aralıda yerləşir. Şəhərdən 11 km aralıda Apollonia İllyria adlı qədim şəhərinin xarabalıqları yerləşir.

Şəhər, 18-ci əsrdə bölgə üçün ticarət mərkəzi kimi yaranıb. Albaniyada şimal-cənub dəhlizini və Adriatik-İoniya avtomobil yolunun bir hissəsini təşkil edən A2 avtomobil yolu və SH 4 magistral yolu Fierdə kəsişir.

Adı

Fier adı ilk dəfə Osmanlı sənədlərində 1737-ci ildə qeyd edilmişdir. Yaşayış məntəsi o zaman Fierza adlanırdı və bir neçə kiçik evi olan kiçik bir kənd idi. Bu gün iki fərziyyənin mövcud olduğu Fier adının mənşəyi mübahisəli olaraq qalır. Birinci ehtimala görə, Fier adının italyanca "yarmarka" mənasını verən "Fiera" sözündən gəlir.

Fier adının mənşəyi ilə bağlı digər bir ehtimalda isə, adın bitki mənşəli olduğunu, yəni "qıjı" bitkisinin adından gəldiyi göstərilir.[2] Həmçinin, ətraf ərazilərdə Fikth (əncir), Pishë (şam), Kallam (qamış), Şkozë (vələs), Drizë (altlıq) kimi bitki adları ilə olan bir çox yaşayış məntəqəsi də var.[3]

Remove ads

Tarixi

Fier şəhərindən 12 km məsafədə qədim Apollonia İllyria şəhərinin xarabalıqları var. Şəhərin əsası, Korinf və Korfu kolonistləri tərəfindən Aoos çayının ağzındakı bir təpədə, eramızdan əvvəl 558-ci ildə qoyulub. Şəhərin ən inkişaf etdityi zamanda 50.000 ilə 60.000 arasında əhalisi olduğu ehtimal edilir. Siseron iqtisadi və mədəni əhəmiyyətinə, eləcə də onu əhatə edən geniş əraziyə görə onu böyük və əzəmətli şəhər adlandırmışdır.

1769-cu ildə Fier, Fier və ətraflarında məskunlaşan Moskopoldan olan aromunlar tərəfindən tikilmiş təxminən 24 gil evdən ibarət bir kənd idi. Şəhər olaraq Fier, 1864-cü ildə Kahraman Paşa Vrioni və oğlu Ömər Paşa Vrioni tərəfindən, Fransız şəhərsalmaçı və memarların köməyi ilə, müasir Fierin təməli qoyulmuşdur.

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads