Fillokladus

bitki cinsi From Wikipedia, the free encyclopedia

Fillokladus
Remove ads

Fillokladus (lat. Phyllocladus) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin araukariyalar dəstəsinin podokarpkimilər fəsiləsinə aid bitki cinsi.

Cəld faktlar Elmi təsnifat, Beynəlxalq elmi adı ...
Remove ads

Botaniki xarakteristikası

Tumurcuq və ya budaqları şəklini dəyişərək yarpaq formasını alır və fotosontintez funksiyasını yerinə yetirir[3].

Etimalogiyası və morfologiyası

"Phylloclade" termini Yeni Latıncada olan phyllocladium sözündəndir, Yunancada phyllo-yarpaq və clados-budaq sözlərindən yaranmışdır. "Phylloclade" və "cladode" terminləri dəyişkəndir. Hamı onların yarpaq formasında budaqlar olduğunu və fotosintetik funksiya daşadıqları ilə razıdırlar. Bir tərifdə göstərilir ki, fillokladi, yarpaqlara çox bənzəyən və funksiyasını yerinə yetirən cladodlardır[4]. Məsələn: Hirkan bigəvəri (Ruscus hyrcanus), tikanlı bigəvər (Ruscus aculeatus) eləcə də bəzi qulançar növlərdə rast gəlinir.

Alternativ bir tərifə görə, kladotlar məhdud böyüməsi ilə fərqlənir və yalnız bir və ya iki buğumarasını əhatə edir[5]. Bu tərifə görə ən çox yarpağa bənzər quruluşlar fillokladi deyil, klododlardır.

Başqa bir tərifdə "phyllocladi" çoxlu buğum və ya buğumarası olan bir yarpağa bənzər gövdə və ya budağın bir hissəsi, "cladode" isə filloklaidin ayrıca buğumarası mənasında istifadə olunur[6].

Fillokladiya ümumiyyətlə modifikasiya etmiş budaq kimi təsvir edilsə də, müasir tədqiqatlarda yarpaqlar və budaqlar arasında aralıq olduğu göstərmişdir[7]. Molekulyar-genetik tədqiqatlar bunu təsdiqlədi. Məsələn, Hirayama et al. (2007) Ruscus aculeata-dakı  fillokladi "tumurcuq və ya yarpaq üçün homoloji deyil, əksinə cüt orqan olduğunu" göstərir ki, özündə tumurcuq və yarpaq qalıqlarını birləşdirir[8]. Fillokladiya  Briofillum və Kalanxoye bitkisində də əmələ gəlir.

Remove ads

Oxşar quruluşlar

  1. Aristate-nin yarpaqları sərt bir nöqtə ilə bitir və ya əsas yarpaq damarına kimi davam edə bilir; bu fillaklodi/ kladod budağının ucunu xatırladır.
  2. Epifili: çiçəklər və meyvələr "yarpağın üzərində" inkişaf edir[9]. Bir budaq və yarpaq bir-biri ilə birləşir. Helwingia misalında.

Sinonimləri

Heterotipik sinonimləri

  • Brownetera Rich. ex Tratt.
  • Thalamia Spreng.

Növləri

  • Phyllocladus aspleniifolius (Labill.) Hook.f.
  • Phyllocladus hypophyllus Hook.f.
  • Phyllocladus toatoa Molloy
  • Phyllocladus trichomanoides D.Don

İstinadlar

Həmçinin bax

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads