Fnatic

From Wikipedia, the free encyclopedia

Fnatic
Remove ads

FnaticBirləşmiş Krallıq kiberidman klubu. 23 iyul 2004-cü ildə yaradılmış klub London şəhərində məskunlaşmışdır.

Cəld faktlar İdman, Yaranma tarixi ...

Klubun "League of Legends" komandası Avropanın ən uğurlu komandalarından biri hesab olunur və League of Legends EMEA Çempionatında (LEC) çıxış edir. Komanda 2011-ci ildə keçirilmiş ilk League of Legends üzrə dünya çempionatının qalibi olmaqla yanaşı, 7 dəfə LEC-də çempion olmuşdur.

"League of Legends" komandası ilə yanaşı klubun "Counter-Strike 2", "Dota 2", "Fortnite Battle Royale", "Rainbow Six Siege", "Valorant", "FIFA", komandaları fəaliyyət göstərir. Keçmiş illərdə "Clash Royale", "Heroes of the Storm", "Smite", "PUBG Mobile" komandaları mövcud olmuşdur.[1]

Remove ads

Tarixi

"Fnatic" 23 iyul 2004-cü ildə Sem Metyus və Anna Metyus tərəfindən yaradılmışdır.[2] 2008–2009-cu illərdə sponsorluq razılaşmasına əsasən "FnaticMSI" adını daşımışdır.[3]

2020-ci ildə Çində fəaliyyət göstərən elektrotexnika şirkəti "Hisense" ilə əməkdaşlıq müqaviləsi imzalamışdır.[4] Həmin il "BMW" ilə əməkdaşlıq müqaviləsi imzaladığını açıqlamışdır.[5] 2022-ci ilin noyabrında klub "Fnatic Music" adlı musiqi leyblını yaratmışdır.[6]

Remove ads

League of Legends

Thumb
"Fnatic" 2015-ci ildə.
Thumb
Rekkless "Fnatic" forması ilə.

Klubun "League of Legends" komandası 2011-ci ilin martında "myRevenge" komandasının heyəti əsasında yaradılmışdır. Komanda ilk mövsümündə League of Legends üzrə dünya çempionatına vəsiqə qazanmış, finalda 2–1 hesabı ilə gələrək ilk dünya çempionu olan komanda olmuşdur.[7] Lakin növbəti mövsüm dünya çempionatından kənarda qalmışdır.

2013-cü ildə komanda LEC-də həm yaz, həm də yay splitinin qalibi olmuşdur. Rekkles həmin mövsüm daimi olaraq komandaya qoşulmuşdur.[8] Klub dünya çempionatında yarımfinala qədər irəliləsə də, "Royal Club"-a uduzmuşdur. 2015-ci ildə klub 18 qələbə qazanaraq LEC-i məğlubiyyətsiz başa çatdıran ilk komanda olmuşdur.[9] Həmin mövsüm komandada Huni, Reignover, Febiven kimi oyunçular çıxış etmişdir.[10][11]

2018-ci ildə komandanın heyətinə Hylissang qoyulmuşdur.[12] Komanda həmin mövsüm LEC-in yaz splitində çempion olmuşdur.[13] Həmin mövsüm komanda dünya çempionatında uğurlu çıxış edərək "Edward Gaming" və "Cloud9" kimi komandaları məğlub edərək finala çıxmışdır.[14][15][16] Finalda "Invictus Gaming" klubuna məğlub olaraq dünya çempionu ola bilməmişdir.[17] 2020-ci ildə komanda həm yaz, həm də yay splitində LEC finalına çıxsa da, iki finalda da "G2 Esports" komandasına uduzmuşdur.[18]

Heyət

Əlavə məlumat "League of Legends" heyəti, Oyunçular ...
Remove ads

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads