HESA Azarakhsh

From Wikipedia, the free encyclopedia

HESA Azarakhsh
Remove ads

HESA Azarakhsh (fars. آذرخش Âzarakhš, "Şimşək") İran Təyyarə İstehsalı Zavodu (HESA) tərəfindən istehsal edildiyi bildirilən reaktiv təyyarə. Əsasən ABŞ istehsalı olan Northrop F-5 Freedom Fighter ("Azadlıq döyüşçüsü")/Tiger II ("Pələng II") qırıcılarının modernləşdirilmiş və yenidən adlandırılmış olan versiyası kimi qəbul edilir. İranın rəsmi nümayəndələri isə bu təyyarənin ölkədə istehsal edilmiş olan ilk yerli təyyarə olduğunu iddia edirlər.[2]

Cəld faktlar Tipi, İstehsalçı ...

Azarakhsh İsfahanda İran Silahlı Qüvvələri, İran Müdafiə Nazirliyi və İran Təyyarə İstehsalı Zavodu (HESA) tərəfindən yaradılmışdır.[3]

Remove ads

İnkişafı

1997-ci ildə İran Silahlı Qüvvələrinin Baş Qərargahının rəisinin müavini postunu tutan iranlı briqadir Arasteh, İranın ilk təyyarəsini uğurla konstruksiya etdiyini, inşa etdiyini və test etdiyini bildirmişdir. 1997-ci ilin sonlarında isə İranın təyyarənin kütləvi şəkildə istehsalına başlaması haqqında xəbərlər yayılmışdır və 2000-ci ilin ortalarına kimi dörd təyyarənin operativ testlərdə iştirak etdiyi, istehsalın isə ildə təxmini olaraq on təyyarə olacağı bildirilmişdir. 17 may 2000-ci ildə İran HHQ komandiri Azarakhsh reaktiv qırıcılarının artıq kütləvi istehsal mərhələsinə çatdığını bildirmişdir.[4] 5 avqust 2007-ci ildə Azarakhsh uğurlu bir test uçuşunu reallaşdırmağı bacarmışdır.[5] 6 avqust 2007-ci ildə Müdafiə Nazirliyindən Mostafa Mohammad-Najjar, "Azarakhsh indi sənaye istehsalı mərhələsindədir və tezliklə kütləvi istehsalına başlanılacaqdır" dedi.[6]

Thumb
İran HHQ-yə (IRIAF) məxsus HESA Azarakhsh Vəhdəti Aviabazasındakı (İran Hərbi Hava Qüvvələrinin dördüncü taktiki bazası) aviaşouda (illik şou) tam silahlanma ilə nümayiş etdirilərkən
Remove ads

Dizayn

Azarakhsh

İstehsalına 1997-ci ildən başlanılmış və 2001-ci ildə aktiv şəkildə xidmətdə olan 6 ədəd reaktiv qırıcı təyyarənin olduğu bildirilmişdir. İran təyyarə haqqında hər hansı bir əlavə məlumat yaymadığı üçün təyyarənin qabiliyyətləri haqqında heç bir məlumat mövcud deyildir.

Azarakhsh ilə ABŞ istehsalı olan Northrop F-5 Freedom Fighter ("Azadlıq döyüşçüsü")/Tiger II ("Pələng II") qırıcısı arasında hər hansı bir fərq mövcud deyildir. Azarakhsh qırıcılarının istehsalına başlanıldığı iddia edilən zamandan bu yana çox az sayda Azarakhsh qırıcısının gözə dəydiyini də nəzərə alsaq, Azarakhsh qırıcısının onda yeni yaradılmış olan bir qırıcı olmadığı və mövcud olan Northrop F-5 qırıcılarının yenidən yaradılmış bir versiyası olduğu görünür.[7]

Saeqeh

HESA Saeqeh Azarakhsh qırıcısdan sonra istehsal edilmiş olan, bir növ Azarakhsh qırıcısının davamçısıdır. Daha əvvəllər də İranlıların yaratmış olduqları bir çox silahlarda olduğu kimi rəsmi iddiaları sübut etmək üçün heç bir sübut göstərilməmişdir. Bu təyyarələrdən naməlum sayda yaradılmış və 22 sentyabr 2007-ci ildə İran HHQ (IRIAF) arsenalına qəbul edildiyi bildirilmişdir.[8][9]

Kövsər

2018-ci ilin avqust ayında İran ictimaiyyətə Kövsər təlimhücum təyyarəsini nümayiş etdirmişdir. Təyyarənin biroturacaqlı və cütoturacaqlı versiyaları istehsal edilir.[10][11][12]

Remove ads

Tekniki xüsusiyyətləri

  • Ekipaj: 1
  • Uzunluq: 14.35 m
  • Hündürlük: 4.10 m
  • Qanad eni: 7.85 m
  • Qanad sahəsi: 17.28 m²
  • Boş çəkisi: -
  • Yüklü çəkisi: 9.300 kq
  • Motor: 2 ədəd General Electric J-85
  • İtələmə gücü:15.5 kN
  • Maksimum sürət: saatda 1526 Km
  • Mənzil: 1815 km
  • Dırmana bildiyi maksimum hündürlük: 15.400 m

Silahlandırma

Top

  • 2 ədəd 20 mm M39A2 Topu

Hava-hava tipli döyüş raketləri AAM

  • AIM-9
  • AIM-7
  • AIM-120

Hava-yer tipli hücum döyüş raketləri AGM

  • AGM-65E
  • AGM-84
  • AGM-88A
  • Python-3

Bombalar

  • F-5 Freedom FighterMK-82
  • MK-84
  • GBU-24
  • GBU-49
  • GBU-52
  • GBU-58

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads