Harri Kasparov

From Wikipedia, the free encyclopedia

Harri Kasparov
Remove ads

Harri Kimoviç Kasparov (Vaynşteyn; 13 aprel 1963[3][4][…], Bakı[5]) — sovet, rusiyalı şahmatçı. Şahmat üzrə beynəlxalq dərəcəli qrosmeyster (1980), gənclər arasında dünya çempionu (1980), SSRİ çempionu (1981, 1988), 13-cü dünya çempionu (1985–2000) və Rusiya çempionu (2004). 11 dəfə "Şahmat Oskarı"nın sahibidir (1982, 1983, 1985, 1986, 1987, 1988, 1995, 1996, 1999, 2001, 2002)

Cəld faktlar Ölkə, Doğum adı ...
Remove ads

Həyatı

İlk illəri

Atası Kim Vaynşteyn milliyətcə yəhudi, anası Klara Kasparyan isə ermənidir. Babası Moisey Vaynşteyn keçən əsrin 40–50-ci illərində Azərbaycan SSR-də tanınmış mədəniyyət xadimi, bəstəkar və dirijor olmuşdur.

1963-cü ildə Bakı şəhərində dünyaya gələn Harri əvvəllər Vaynşteyn soyadını daşısa da atasının 1970-ci ildə leykozdan vəfatından sonra, 1976-cı ildə anası onun soyadını dəyişərək öz soyadını vermiş, soyadın sonluğundakı "yan" hissəciyini isə dəyişərək rus stilində "ov" yazdırmışdır.

Harri Kasparov 1980-ci ildə Bakı şəhərindəki 151 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 18 yanvar 1990-cı il tarixdə Bakını ailəsi və qohumları ilə birlikdə tərk etmiş. Sovet ordusunun da Bakını tərk etməsini tələb etmişdi.[6]

Şahmatçı karyerası

1976-cı ildə gənclər arasında SSRİ çempionu olmuşdur.

1980-ci ildə qrosmeyster dərəcəsi almaqla yanaşı, Dortmundda Gənclər arasında dünya çempionu adını qazanmışdır.

1981-ci ildə şahmat üzrə SSRİ çempionu adını qazanaraq Sovet şahmat tarixində buna nail olan ən gənc şahmatçı olmuşdur.

1985-ci ildə Anatoli Karpovu məğlub edərək dünya çempionu adını qazanmış, bu adı 2000-ci ildə məğlub olduğu Vladimir Kramnikə təhvil vermişdir.

Kasparovun 1999-cu ilin iyulunda FIDE-nin Reytinq siyahısındakı 2851 ELO reytinq balı 1970-ci ildə qəbul olunmuş bu reytinq sisteminin tarixində şahmatçıya verilən ən yüksək baldır.

10 mart 2005-ci ildə bir daha şahmat turnirlərinə qatılmayacağını açıqlamışdır.

Kompüterə qarşı

1996-cı ildə IBM firması tərəfindən yaradılmış "Deep Blue" şahmat proqramı ilə keçirdiyi görüşdə 4:2 hesabı ilə qalib gəlsə də, birinci partiyanı uduzmuşdur. Bununla Kasparov kompüter proqramına partiya uduzan ilk dünya çempionu olmuşdur. 10 fevral 1997-ci ildə isə "Deep Blue"nun təkmilləşdirilmiş versiyası ilə keçirilən matçda 2,5:3,5 hesabı ilə məğlub olaraq kompüter proqramına uduzan ilk dünya çempionu olmuşdur. Oyundan sonra məğlubiyyətinin səbəbini IBM əməkdaşlarının oyun zamanı kompüterə müdaxilə etmələri ilə əlaqələndirərək firmanı fırıldaqçılıqda ittiham etmişdir.

2003-cü ildə "Deep Junior" və "Deep Fritz" proqramlarına qarşı keçirdiyi matçların hər ikisi heç-heçə başa çatmışdır.

Siyasi karyerası

Son zamanlar siyasətlə məşğul olur. 2005-ci ildə Rusiyada yaradılmış "Birləşmiş vətəndaş cəbhəsinin" (rus. Объединённый гражданский фронт) sədridir. Rusiya siyasi səhnəsində öz provokativ fəaliyyəti ilə məşhurdur .

Rusiyada 2008-ci il prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırsa da özünün dediyinə görə rəhbərlik etdiyi təşkilatın ümumi yığıncağının keçirilməsi üçün icazə verilməyib.

Remove ads

İdman nəticələri

Turnirlər

Mənbə[7].

Əlavə məlumat İl, Şəhər ...

Oyunlar

Mənbə[8].

Əlavə məlumat İl, Şəhər ...

Şahmat olimpiadaları

Harri Kasparov 4 dəfə SSRİ, 4 dəfə isə Rusiya komandasının heyətində — ümumilikdə 8 dəfə şahmat olimpiadasında iştirak edib. 1980-ci ildəki olimpiadada o ehtiyatda olub, 1982-ci ildə ikinci taxtada — qalan altı olimpiadada isə birinci taxtada oynayıb[7][9].

Əlavə məlumat İl, Şəhər ...
Remove ads

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads