Havr

From Wikipedia, the free encyclopedia

Havrmap
Remove ads

Havr (fr. Le Havre)Fransanın şimal-qərbində, Yuxarı Normandiya əyalətində yerləşən şəhər. Havr şəhərini Sen çayı ortaya bölür. Havr bölgənin ən böyük şəhəridir. Əhalisi 175.497 nəfərdir.

Cəld faktlar Ölkə, Tarixi və coğrafiyası ...
Remove ads

Adı

"Havre" sözü qədim fransız dilində "qapı" deməkdir. Şəhərin keçmiş adı onu saldıran I Françoisin şərəfinə Françiskopolis olmuşdur. Daha sonra "Le Havre (və ya Le Hable) de Grâce" adını almışdır. Bu ad daha əvvəl burada tikilmiş Notr-Dam-de-Qras kilsəsinə görə verilmişdir.

Haqqında

Havr transatlantika keçişi edən fransız dənizçilərin tez-tez gəldiyi bir liman şəhəri olmuşdur. Buna görə şəhər "Okean qapısı" (La Porte Océane) ləqəbi ilə tanınır. Normandiyanın Rouen şəhərindən əvvəl ən böyük şəhəri olmuşdur. Eyni zamanda Fransanın ilk böyük ixracat qapısı olmuşdur.

Şəhərdə bir universitet yerləşir. Havr şəhərində Fransanın ən qədim klubu Le HAC qurulmuşdur.

Şəhərin memarlığı tamamilə liman şəhəri stilindədir. Başlıca binalar dənizdə sonlanan Fox küçəsi üzərində qurulmuşdur. Havr hazırda Fransa limanları arasında ikinci (Marseldən sonra), Normandiya limanları arasında birinci və Yuxarı Normandiya limanları arasında ikincidir (Rouendən sonra).

Şəhərə 19 iyul 1949-cu ildə İkinci dünya müharibəsində almanlara qarşı əzmkar müqavimət göstərdiyi üçün "Fəxri Legion ordeni" verilmişdir.

Remove ads

Dünya irsi

YUNESKO 15 iyul 2005-ci ildə şəhərin mərkəzini Dünya irsi siyahısına salmışdır. YUNESKO-ya görə şəhər mərkəzinin 133 ha-lıq sahəsi "müharibə sonrası şəhərçiliyə nümunədir" və "betonun yaradıcı istifadəsi" səbəbi təqdir edilmişdir. Havr Avropada bu siyahıya girən azsaylı şəhərlərdən biridir.

Qardaş şəhərlər

Qalereya

Thumb
Havr körfəzi, çimərliyi və şəhərin bir hissəsi.
Thumb
Panorama

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads