Hay Day

From Wikipedia, the free encyclopedia

Hay Day
Remove ads

Hay DaySupercell şirkəti tərəfindən istehsal olunmuş pulsuz mobil ferma oyunu. iOS platforması üçün 21 iyun 2012-ci ildə, Android platforması üçün 20 noyabr 2013-cü ildə buraxılmışdır.[1] 2013-cü ilin məlumatına görə Supercell şirkəti Hay DayClash of Clans oyunlarından ayda 30 milyon $ qazanmışdır.[2] 2013-cü ildə Hay Day ən çox gəlir əldə 4-cü oyun olmuşdur.[3]

Cəld faktlar Hazırlayan, Yayımlayan ...
Remove ads

Məzmun və geympley

Oyunçunun əmisi artıq fermanın qayğısına qala bilmir və buna görə də fermanı oyunçunun əllərinə əmanət edir. Oyun müqəvvanın müşayiəti ilə oyunçunun buğda biçməyi öyrənməsi ilə başlayır.

Oyunçu fermasında yetişdirdiyi məhsulları sataraq qızıl pullar qazana bilər. Qızıl pullardan istifadə edərək istehsal tikililəri və dekorativ əşyalar ala bilər. Həmçinin əldə etdiyi təcrübə xalları (XP) sayəsində səviyyə keçə bilər. Oyunçular öz aralarında "məhəllələr" yaradaraq bir-birilərinə kömək edə bilərlər.

Remove ads

Qəbul

Gamezebo oyuna 4/5 xal vermiş, Farmville oyunu ilə bənzərliyini qeyd etmiş və qrafiklərini tərifləmişdir.[4] Pocket Gamer oyuna bürünc mükafat vermişdir.[5]

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads