Herodot

From Wikipedia, the free encyclopedia

Herodot
Remove ads

Herodot (yun. Ἡρόδοτος Ἁλικαρνᾱσσεύς: Hērodotos Halikarnāsseus; təq. e.ə. 484, Halikarnas[1]təq. e.ə. 425) — qədim yunan tarixçisi.

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...

O "Tarix" əsərinin müəllifidir. Yunan tarixçisi Herodot Əhəmənilər imperiyasına daxil olan xalqlardan bəhs edərkən Azərbaycanın şimalında Kaspilərin adını çəkir. Herodot bəşəriyyət tarixi boyunca ilk tammiqyaslı tarix traktatının müəllifidir. Onun "Tarix" əsərində yunan-fars müharibələri və həmin dövrün xalqlarının adət-ənənələri və yaşayışı təsvir edilir. Herodotun işləri antik mədəniyyət üçün böyük qiymətə malik idi. Siseron onu "tarixin atası" adlandırırdı.

Remove ads

Həyatı

Herodot Kiçik Asiyada, əhalisi dorilərdən ibarət olan Halikarnas şəhərində doğulmuşdur. Herodot gəncliyində zülmkar Liqdamidaya qarşı mübarizə aparan partiyaya aid idi. Buna görə onu təqib edirdilər. Buna görə qaçaraq Samos şəhərində yaşamış, daha sonra isə uzunmüddətli səyahətə çıxmışdır. O Babilistan, Assuriya, Misir, Kiçik Asiya, Şimali Qara dəniz, Peloponnesdən Makedoniya və Frakiyaya qədər Balkan yarımadasını gəzib dolandı. E.ə 446-cı ildə Herodot Afinaya gəldi. Burada o Periklin yaxın dairəsiylə yaxınlaşdı. Bu vaxt "Tarix" kitabının böyük hissəsi artıq yazılmışdı. Belə ki, Herodot kitabdan bəzi hissələri afinalılar üçün oxuyurdu. O, e.ə. 425-ci ildə vəfat etmişdir.

Remove ads

"Tarix" əsəri

  • I Kitab — Klio
  • II Kitab — Yevterpa
  • III Kitab — Taliya
  • IV Kitab — Melpomena
  • V Kitab — Terpsixora

Həmçinin bax

Ədəbiyyat

  • Adil Əsədov. Fəlsəfə tarixindən etüdlər: İdeal və reallıq arasında ziddiyyət və onun Qərb, rus və Şərq təfəkküründə həll imkankarı. Bakı: Təknur, 2007. – 116s.
  • Adil Əsədov. Yunan fəlsəfəsiindən etüdlər: yunan fəlsəfəsiində idealin və realliğin münasibətlərinə dair. Ön sözün müəllifi – fəlsəfə elmləri doktioru Tahirə Allahyarova. Bakı: Təknur, 2008.

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads