Hudzon körfəzi şirkəti
Şirkət From Wikipedia, the free encyclopedia
Remove ads
Hudzon körfəzi şirkəti (ing. Hudson's Bay Company, HBC; Hudzonbay şirkəti kimi 1870-ci illərədək tərcümə edilmişdir[4]) —1670-ci ildə təsis olunmuş, Şimali Amerikanın ən qədim ticarət şirkətlərindən biridir. Şirkət əvvəlcə Böyük Britaniyanın kral patenti ilə yaradılmış və əsas məqsədi Şimali Amerikanın geniş ərazilərində kürk ticarətini inkişaf etdirmək olmuşdur. Təsis olunduğu dövrdən etibarən, Hudzon körfəzi şirkəti qitənin kolonial və iqtisadi inkişafında mühüm rol oynamışdır.[5]
Remove ads
Tarixi


Hudzon körfəzi şirkəti 2 may 1670-ci ildə II Çarlzın fərmanı ilə təsis olunmuş və "Ruperts Torpağı" (indiki Kanada ərazisinin böyük hissəsi) üzərində ticarət hüquqları əldə etmişdir. Şirkətə ilk rəhbərlik edən şəxslər arasında Şahzadə Rupert də vardı və onun şərəfinə ərazi bu adla tanındı.[6]
XVII – XVIII əsrlərdə şirkət Kanada ərazisində müxtəlif ticarət məntəqələri və qalalar quraraq, yerli xalqlarla ticarət əlaqələri qurmuşdur. Əsas məhsul isə bəbirkürkü, [7]susamurları və digər dəyərli heyvan dəriləri olmuşdur. Şirkətin əsas rəqiblərindən biri Şimali-Qərb Şirkəti (ing. North West Company) idi. 1821-ci ildə bu iki şirkət birləşdirildi və HBC daha da güclənmişdir.[8]
Müasir dövr
XX əsrin ortalarından etibarən şirkət kürk ticarətindən uzaqlaşaraq, pərakəndə satış sektoruna keçid etmişdir. Bu gün "Hudson’s Bay Company" Kanadada fəaliyyət göstərən iri ticarət mağazaları şəbəkəsinə malikdir. Onun sahibi olduğu mağazalara "Hudson's Bay", "Saks Fifth Avenue", "Saks OFF 5TH" və digərləri daxildir.[9]
Remove ads
Ərazi idarəçiliyi
Hudzon körfəzi şirkəti uzun müddət Kanadanın geniş ərazilərinə faktiki olaraq nəzarət etmişdir. O, həm iqtisadi, həm də inzibati baxımdan təsirli bir qüvvəyə çevrilmişdi. 1869-cu ildə şirkət öz torpaqlarının böyük hissəsini yeni yaranmış Kanada hökumətinə satmışdır. Bu hadisə "Rupert Torpağının satışı" kimi tanınır və Kanada Konfederasiyasının genişlənməsində mühüm addım olmuşdur.[10][11]
Mədəni irsi
HBC, Kanada tarixində və mədəniyyətində mühüm yer tutur. Şirkətin simvolu olan Hudzon körfəzi battanı (HBC point blanket) və loqotipi milli kimliyin bir hissəsinə çevrilmişdir. Şirkətin arxivləri və tarixi materialları bu gün də tədqiqatçılar üçün dəyərli mənbədir.[12][13]
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads