I Xosrov
Sasani hökümdarı From Wikipedia, the free encyclopedia
Remove ads
I Xosrov Ənuşirəvani (ölməz ruhlu)[1](ərəb qaynaqlarında "Qubaz"; 501, Ərdistan, Sasanilər dövləti – 579, Ktesifon, Sasanilər dövləti) — 531–579-cu illərdə İranda hökmranlıq etmiş böyük Sasani padşahı.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Remove ads
Həyatı
Ənuşirvan qonşu Bizansla uğurlu müharibələr aparmış, 570-ci ildə isə onun ordusu Yəməni tutmuşdur.
Ənuşirvan atası I Qubadın başlamış olduğu quruculuq işlərini davam etdirərək, sərhəd məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə bir çox qala və istehkamlar tikdirir, dövlət idarəçiliyi sahəsində geniş islahatlar keçirir, torpaq və vergi sistemlərini təkmilləşdirir.
Onun bu sahədə gördüyü işlərdən sonralar ərəblər öz dövlət quruculuğunda istifadə etmişlər. Onun hakimiyyəti dövrü Sasanilər dövlətinin ən qüdrətli dövrü olmuşdur. Tarixdə Nuşirəvan Adil kimi tanınmışdır.
Orta əsr ərəb müəlliflərindən Əhməd ibn Vahid əl-Yaqubi (IX əsrin sonu), İbn əl-Fakih əl-Həmədani (X əsr), Yaqut ər-Rumi əl-Həməvi (XIII əsr) yazırlar ki, Naxçıvan şəhəri Sasani hökmdarlarından I Xosrov Ənuşirəvan tərəfindən eramızın VI əsrində inşa edilmişdir. Hətta Yaqut əl-Həməvi "Mucəm əl-Buldan" əsərində göstərir ki, Basfuracan dairəsinin baş şəhəri olan Nəşəva yəni Naxçıvan həmin şəhərdir ki, Ənuşirəvan bu şəhəri Bab əl-Əbvabla eyni vaxtda inşa etdirmişdir. Qeyd edək ki, müəllif həmin əsərin başqa yerində Bab əl-Əbvabı yəni Dərbənd şəhərini I Xosrov Ənuşirəvanın inşa etdirdiyini göstərmişdir. Bu müəlliflər də şəhərin yaranma tarixini VI əsrə aid edirlər. Lakin onlar inşa tarixini Bəhram Çubinin vaxtında deyil, ondan əvvəl hakimiyyətdə olmuş I Xosrov Ənuşirəvanın hakimiyyəti zamanı olduğunu göstərmişlər.
Remove ads
Mənbə
- Zeev Rubin: The Reforms of Khusro Anurshiwan. In: Averil Cameron (ed.): The Byzantine and early Islamic Near East. Vol. 3, Princeton 1995, p. 227–298.
İstinadlar
Həmçinin bax
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads