Keyt Vinslet
ingilis aktrisası, Oskar, Britaniya Akademiya Film mükafatı, BAFTA, Qremmi mükafatı, Qızıl Qlobus mükafatı laureatı From Wikipedia, the free encyclopedia
Remove ads
Katerina Elizabet (Keyt) Uinslet (ing. Kate Elizabeth Winslet; 5 oktyabr 1975[1][2][…], Ridinq, Birləşmiş Krallıq[3][4]) — ingilis aktrisası, Oskar, Britaniya Akademiya Film mükafatı, BAFTA, Qremmi mükafatı, Qızıl Qlobus mükafatı laureatı.
22 yaşında 2 Oskar mükafatı namizədliyi əldə edə bilmə müvəffəqiyyətini göstərən, ən gənc aktrisa rekordunu qıran Uinslet, Oskar mükafatlarına üç, dörd, beş və altı dəfə namizəd göstərilən ən gənc aktrisa olmağı da bacarmışdır. Karyerası boyu müxtəlif rollarda tamaşaçı qarşısına çıxsa da, Titanik filmindəki Rose De Witt Bukater rolu aktrisanı daha çox insan kütləsinə tanıtmışdır. 2011-ci ildə Mildred Pirs mini-serialında iştirak etmişdir.
Remove ads
Həyatı
Keyt Uinslet 5 oktyabr 1975-ci ildə İngiltərədə dünyaya göz açmışdır. 11 yaşında olarkən İngiltərədə bir teatr məktəbində dram dərsi alan Uinsletin atası Rocer Uinslet və anası Seli Uinslet də aktyorluq sənəti ilə məşğul idilər. Keyt Uinslet ilk dəfə televiziyada 11 yaşında reklam çarxlarının birində görünüb.
Səhnə Sənətlərı Məzunu Keyt, ilk ailə həyatını Haydius Kinki adlı filmdə tanışdığı rejissor köməkçisi Cim Sreapleton ilə qurmuş və Miya adını qoyduqları bir qızları olmuşdur. 2001-ci ildə həyat yoldaşı Cim ilə ayrıldıqdan sonra Sem Mendes ilə evlənərək, Coe adında bir oğlan uşağı dünyaya gətirmişdir.
Remove ads
Yaradıcılığı
Aktyorluğa ilk addımını 11 yaşında, bir TV reklamıyla atan Uinslet, daha sonra 1990-cı illərin əvvəllərində müxtəlif TV seriallarında aktyorluq təcrübəsini artırmağa davam etdirmişdir. Ən yaxşı kinolarda yer alan Uinslet günümüzə qədər yaradıcılığını davam etdirməkdədir. 1994-cü ildə ağ pərdədə Piter Cekson un "Səmavi canlılar" filmi ilə məşhurluq qazanmışdır. 1995-ci ildə rol aldığı "Hiss və Həssaslıq" filmindəki performansına görə "Akademiya mükafatın" namizəd olmuş və izləyici kütləsi daha da artmışdır. Keyt Uinsletə dünya miqyaslı məşhurluq gətirən rolu isə " Titanik " filmindəki Roza obrazı oldu. Bu film Uinsletin yaradıcılığının ən müvəffəqiyyətli işi hesab olunur. "Titanik" filmindən sonra aktrisa daha çox müstəqil və az büdcəli filmlərdə çıxış etməyə başladı. Hətta 1998–99-cu illərdə "Anna və Kral", "Aşiq Şekspir" kimi filmlərin baş rol təkliflərini də rədd edən aktrisa eyni il "Müqəddəs duman və qəribə " adlı aşağı büdcəli filmlərdə rol aldı. Keyt Uinslet daha çox tarixi filmlərdə canlandırdığı obrazlarla yadda qalmış, 2000-ci illərin əvvəllərində Quills, Eniqma və Ayriş Murdok obrazı ilə 3-cü dəfə Akademiya mükafatına namizəd olmuşdur. 2004-cü ildə Keyt, Conni Depp ilə birgə "Xəyallar ölkəsini tapmaq" adlı filmdə qarşımıza çıxmışdır. Baş rollarını Cim Kerri ilə bölüşdüyü "Ləkəsiz ağlın sonsuz günəşi" filmindəki performansı ilə aktrisa 4-cü dəfə Oskara namizəd göstərildi. 2008-ci il istehsalı "Oxuyucu" filmində canlandırdığı Hanna Şmitz rolu ilə "Ən Yaxşı Köməkçi Qadın Aktrisa", İnqilabi yol filmindəki Epril Viler rolu ilə "Ən Yaxşı Qadın Aktrisa" Qızıl Kürə mükafatlarını almışdır. Nəhayət "Oxuyucu" filmindəki Hanna Şmitz obrazı ilə "Ən Yaxşı Qadın Aktrisa" kateqoriyasında Oskar mükafatına layiq görülmüşdür.
Remove ads
Mükafatları
- Oskar
- Ən yaxşı Qadın Aktrisa
- Ən yaxşı Köməkçi Qadın Aktrisa
- Qızıl Qlobus (5 dəfə)
- Qremmi mükafatı
Ümumilikdə 37 mükafatı və 58 mükafat namizədliyi var.
Filmoqrafiyası
Remove ads
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads