Klara Setkin

From Wikipedia, the free encyclopedia

Klara Setkin
Remove ads

Klara Setkin (alm. Clara Zetkin; 5 iyul 1857[1][2][…]20 iyun 1933[3][1][…]) — alman siyasətçisi, kommunist hərəkatının fəal iştirakçısı, Almaniya Kommunist Partiyasının yaradıcılarından biri, qadın hüquqlarının müdafiəçisi. Hesab olunur ki, Klara Setkin 8 Mart Beynəlxalq Qadınlar Günü ideyasının müəlifidir.

Cəld faktlar Doğum tarixi, Vəfat tarixi ...
Remove ads

Həyatı

Klara Setkin 5 iyun 1857-ci ildə, Almaniyada anadan olmuşdur.

Siyasi fəaliyyəti

1916-cı ildə Klara Setkin məsləkdaşları Roza Lüksemburq, Frans Mering və Karl Libknextlə birlikdə "Spartak Birliyi"ni qurdu. Bu birlik 1918-ci ildə Almaniya Kommunist Partiyasına çevrildi. 1917-ci ildə Klara Setkin məsləkdaşları ilə birgə Müstəqil Sosialist Demokrat Partiyasını (MSDP) yaradan Karl Kautski ilə birləşmə barədə razılığa gəldilər.

Klara Setkin Azərbaycanda

Thumb
Klara Setkin Əli Bayramov adına Qadın klubunun üzvləri arasında (1924)

1924-cü ildə Klara Setkin Əli Bayramov adına kluba gələrkən, klub onda silinməz təəssüratlar yaratmışdır. O, klubu "inqilabi qüvvələrin toplanış məntəqəsi" adlandırmışdı. "Qafqaz od içində" kitabında o, yazırdı: "Sovet İttifaqının şərq və cənub-şərq respublikalarındakı müsəlman qadınların klubu proletar inqilabının yetirməsi, onun canlı təcəssümüdür. Müsəlman qadınlarında, yüzilliklər ərzində həyatın kütləşdirici şəraitinə baxmayaraq, insanlıq ləyaqəti və insan hüquqlarını əldə etmək səyi oyanır. Müsəlman qadınların klubu bu cəhətdən, böyük vəzirin qızının dəbli Avropa kostyumuna və ya bir neçə dövlətli müsəlman qızın Parisdə, Londonda və ya Berlində təhsil almalarına baxmayaraq, güclü və inandırıcı sübut kimi çıxış edir."[5][6]

Əsərləri

  • Bu günün əmək və qadın problemi. (alm. Die Arbeiterinnen- und Frauenfrage der Gegenwart). Berlin, 1889.
  • Tələbə və qadın (alm. Der Student und das Weib). Berlin, 1899.
  • Məktəb məsələsi (alm. Die Schulfrage). Berlin, 1904.
  • Qadınların seçki hüququ məsələsinə dair (alm. Zur Frage des Frauenwahlrechts). Berlin, 1907.
  • Qadınların seçki hüququ (alm. Das Frauenstimmrecht). Berlin, 1907.
  • Karl Marks və onun həyat fəaliyyəti (alm. Karl Marx und sein Lebenswerk). Elberfeld, 1913.
  • Roza Lüksemburq və Karl Libknext (alm. Rosa Luxemburg und Karl Liebknecht). Berlin, 1919.
  • Biz günahlandırırıq! (alm. Wir klagen an! Ein Beitrag zum Prozess der Sozial-Revolutionäre). Hamburq, 1922.
  • Faşizmin hücumu və proletariatın vəzifələri (rus. Наступление фашизма и задачи пролетариата). Moskva, 1923.
  • Roza Lüksemburq və rus inqilabı (rus. Роза Люксембург и русская революция). Moskva, 1923–1924.
  • Azad edilmiş Qafqazda (alm. Im befreiten Kaukasus). Vyana/Berlin, 1926.
  • Qafqaz od içində (rus. Кавказ в огне). Moskva, 1926.
  • İnkişaf etməkdə olan Sovet İttifaqının Alman fəhlə sinfi üçün əhəmiyyəti (alm. Die Bedeutung der aufbauenden Sowjetunion für die deutsche Arbeiterklasse). Berlin, 1926.
  • Lenindən xatirələr (alm. Erinnerungen an Lenin). Vyana/Berlin, 1929.
  • Almaniyada proletar qadın hərəkatının yaranma tarixinə dair oçerk (rus. Очерк истории возникновения пролетарского женского движения в Германии). Moskva, 1929.
  • Ac May, Qanlı May, Qırmızı May! (alm. Hungermai, Blutmai, roter Mai!). Hamburq/Berlin, 1932.
  • İttiham edilən Hitler (alm. Angeklagter Hitler). Sürix, 1933.

Azərbaycanca nəşrləri

  • Lenin və qadın azadlığı. Bakı: Bakı işçisi, 1926.
Remove ads

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads