Kosovo

Şərqi Avropada bölgə və eyni zamanda müstəqilliyi mübahisəli dövlət From Wikipedia, the free encyclopedia

Kosovo
Remove ads

Kosova (), Kosovo (serb. Косово) və ya rəsmi adı ilə Kosova Respublikası (alb. Republika e Kosovës, serb. Република Косово) — Şərqi Avropada bölgə və eyni zamanda müstəqilliyi mübahisəli dövlət. Kosovo Balkan yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal və şərqdə Serbiya, cənub-şərqdə Şimali Makedoniya, cənub-qərbdə Albaniya, qərbdə isə Monteneqro ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Priştina şəhəri, ümumi sahəsi 10,887 kvadrat kilometrdir. Kosovo ərazisindəki alban çoxluğu Kosovo Respublikasının müstəqilliyinin dünya dövlətləri tərəfindən diplomatik tanınmasına cəhd edir. Serbiya isə bu bölgəni öz daxilində Kosovo və Metohiya muxtar vilayəti kimi tanıyır. Hazırda Kosovonun müstəqilliyini 101 ölkə tanıyıb. Azərbaycan Respublikası Kosovonun müstəqilliyini tanımamışdır.

Thumb
Kosovanı tanıyan ölkələr (Yaşıl)
Cəld faktlar Tarixi, • BMGK 1244 ...
Thumb
Kosovo
Remove ads

Tarixi

1389-cu ildəki Birinci Kosovo döyüşündən sonra bölgə I Murad tərəfindən Osmanlı imperiyasına keçmişdir. Osmanlı idarəçiliyi dövründə Kosovoya serblər yalnız 1878-ci ildəki Rus-Osmanlı müharibəsi dövründən sonra iddia irəli sürməyə başlamışdılar. 5 əsrdən çox Osmanlı imperiyasının nəzarətində qalan bu ərazi 1912-ci ildəki Birinci Balkan müharibəsi dövründə Serbiyaya ilhaq edilmişdir.

İkinci Dünya müharibəsində sonra isə Kosovo Yuqoslaviyaya bağlı bir əyalət statusunu almışdır. 7 aprel 1963-cü ildən Yuqoslaviya Federativ Sosialist Respublikası adlanan ölkə 1992-ci ildən etibarən parçalanmağa başlamışdır. Əvvəlcə Sloveniya, Xorvatiya, Makedoniya, Bosniya və Herseqovina Yuqoslaviya Federativ Sosialist Respublikasından ayrıldı. Bütün bu müddət ərzində Kosovo Yuqoslaviyanın tərkibində olur. 2003-cü ildə Yuqoslaviyanın adı Serbiya və Çernoqoriya olaraq dəyişdirilir. Ancaq parçalanma bununla da bitmədi. Bələ ki, 2006-cı il may ayının 21-i referendumda 55,5% səs çoxluğu ilə Monteneqro Serbiyadan ayrılıb müstəqil dövlət olur. Beləliklə keçmiş Yuqoslaviya ərazisinin parçalanması nəticəsində yaranan müstəqil dövlətlərin sayı 6-ya çatır, amma parçalanma davam edir və nəticədə 7-ci müstəqil dövlət Kosovo yaranır.

Remove ads

Coğrafiyası

Thumb
Kosovanın fiziki xəritəsi
Thumb
Balkan yarımadasında Kosovanın yerləşməsi

Kosovo Avropanın şərqindəki Balkan yarımadasının ortasında yerləşir. Qonşuları: cənubda AlbaniyaMakedoniya Respublikası, şimalda Serbiya və qərbdə Monteneqrodur. Mərkəzi Priştina şəhəri olan ölkənin ərazisi 10.908 km²dir.[5]

Əhali

1–15 aprel 2011-ci il siyahıyaalınmasının yekunlarına əsasən Kosovo əhalisinin sayı 1.739.825 nəfər (875.900 nəfəri kişilər, 863.925 nəfəri qadınlar) olmuşdur.[3] Onlardan 661.586 nəfəri və ya 38,03 %-i şəhərlərdə, 1.078.239 nəfəri və ya 61,97 %-i isə kəndlərdə yaşayır.[3]

Milli tərkib

Əlavə məlumat Etnik qrup ...

Dil

Əlavə məlumat Dil, Sayı, 2011 sa. ...

Din

Əlavə məlumat Din, Etiqad edənlərin sayı, 2011 sa. ...

Müstəqillik

Kosova Serbiyadan öz müstəqilliyini 2008-ci ilin fevral ayının 17-də elan etmişdir. Müstəqillik bəyannaməsini parlementdə baş nazir Haşim Taçi elan edib. Müstəqillik bəyannaməsinə görə "Kosova demokratik və çoxmillətli bir dövlət olacaq. Burada yaşayan serb və digər etnik azlıqların da bütün haqları qorunacaq".[11]

Şəhərləri

Kosova bələdiyyə mərkəzləri:[12]

  1. Deçan (Deçan / Dečani)
  2. Yakova (Gjakova / Đakovica)
  3. Qloqovaç (Gllogoc / Glogovac)
  4. Gilan (Gjilan / Gnjilane)
  5. Dragaş (Sharri / Dragaš)
  6. İstok (Istog / Istok)
  7. Kaçanik (Kaçaniku / Kačanik)
  8. Klina (Klina / Klina)
  9. Kosovo Ovası (Fushë Kosova / Kosovo Polje)
  10. Kameniçe (Kamenicë / Kosovska Kamenica)
  11. Mitroviça (Mitrovica / Kosovska Mitrovica)
  12. Leposaviç (Albaniku / Leposavić)
  13. Liplan (Lipjani / Lipljan)
  14. Nobırda (Novobërdë / Novo Brdo)
  15. Kastriot (Kastrioti / Obilić)
  16. Rahofça (Rahovec / Orahovac)
  17. İpek (Pejë / Peć)
  18. Poduyeva (Besiana / Podujevo)
  19. Priştina (Prishtina / Priština)
  20. Prizren (Prizren / Prizren)
  21. Skenderay (Skënderaj / Srbica)
  22. Ştimle (Shtime / Štimlje)
  23. Ştırpçe (Shtërpca / Štrpce)
  24. Suvareka (Theranda / Suva Reka)
  25. Ferizaji (Ferizaji / Uroševac)
  26. Viti (Vitia / Vitina)
  27. Vıçıtırın (Vushtrri / Vučitrn)
  28. Zubin Potok (Zubin Potoku / Zubin Potok)
  29. Zveçan (Zveçan / Zvečan)
  30. Malişova (Malisheva / Mališevo)
  31. Yunik (Junik / Junik)
  32. Mamuşa (Mamusha / Mamuša)
  33. Elezhan (Hani i Elezit / Đeneral Jankovič)
  34. Qraçaniça (Graçanicë / Gračanica)
  35. Ranilug (Ranillug / Ranilug)
  36. Parteş (Parteshi / Parteš)
  37. Klokot (Kllokot / Klokot)
  38. Şimali Mitroviça (Mitrovica — Veri / Kosovska Mitrovica — Sever)
Remove ads

Şəhər əhalisi

  • Priştina: 571.123
  • Prizren: 220.816
  • Ferizovik: 197.741
  • Yakova: 127.156
  • İpek: 195.190
  • Gilan: 191.595
  • Mitroviça: 186.359
  • Qloqovaç: 55,148
  • Poduyeva: 48.526
  • Kosova Ovası: 28.600

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads