Krokoit
From Wikipedia, the free encyclopedia
Remove ads
Krokoit Pb [CrO4] — Monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir.
Xassələri
Rəng – tünd narıncı-qırmızı; Mineralın cizgisinin rəngi – narıncı-sarı; Parıltı – almaz, azacıq yağlı; Şəffaflıq – yarımşəffaf; Sıxlıq– 5,9-6,1; Sərtlik – 2,5-3,0; Kövrəkdir; Ayrılma – {110} üzrə mükəmməl; Sınıqlar – qabıqvari; Morfologiya – kristallar: vertikal cizgili prizmatik, bəzən itiromboedrik, iynəvari; uzunluğu 10 sm-ə çatan iri kristalları məlumdur; Mineral aqreqatları: druzalar, nazik kristallik qabıqlar, qaysaqlar, çubuqvari, nadir hallarda sıx dənəvər əmələgəlmələr, püruzlar.
Remove ads
Mənşəyi və yayılması
Xromlu süxurlar içərisində yerləşən qurğuşunsaxlayan yataqların oksidləşmə zonasında əmələ gələn ekzogen mineraldır. Birlikdə rast gəldiyi minerallar: qalenit, serussit, piromorfit, vulfenit, vanadinit, hötit, hidrohötit, kvars və b. Mineralın tapıldığı yerlər: Beryozov yatağı (Rusiya); Dundas (Tasmaniya adası); Avstraliya; Luson adası (Filippin); Braziliya və b. Azərbaycanda Katex kolçedan-polimetal və Ağyataq civə yataqlarında tapılmışdır.
Remove ads
Tətbiqi
Nadir hallarda rast gəldiyi üçün praktik əhəmiyyəti yoxdur.
İstinadlar
Mənbə
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads
